29 oktyabr, 2023 23:33
Oktyabrın 27-29-da Türkiyə Respublikasının 100-cü ildönümü - Cümhuriyyət bayramı münasibətilə qardaş ölkədə “Sakarya Bike Fest” velosiped festivalı keçirilib.
Türkiyə
Respublikası Prezident Administrasiyasının himayəsi altında Sakaryada “Ayçiçeği
Bisiklet Vadisi”ndə təşkil edilən festivalda Azərbaycan Respublikasının müdafiə
sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət
Quliyev də iştirak edib.
Kütləvi
idman tədbiri çərçivəsində Beynəlxalq Velosipedçilər İttifaqının “MTB
Eliminator Continental Series”, Avropa Velosipedçilər Birliyinin “MTB
Eliminator European Championships” yarışları, həmçinin konsert proqramı baş
tutub.
Oktyabrın
29-da keçirilən sonuncu yarış günündə AVF ilə Sakarya Böyükşəhər Bələdiyyəsi
arasında Əməkdaşlıq Protokolu imzalanıb. Sənədi AVF prezidenti Mədət Quliyev və
Sakarya Böyükşəhər Bələdiyyəsinin rəhbəri Ekrem Yüce imzalayıblar.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu