Avropa Velosiped İttifaqının prezidenti cənab Enrico Della Casa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlamışdır

24 dekabr, 2022 15:01

Avropa Velosiped İttifaqının prezidenti cənab Enrico Della Casa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlamışdır

Avropa Velosiped İttifaqının prezidenti cənab Enrico Della Casa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlamışdır. 

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Avropa Velosiped İttifaqı İdarə Heyətinin adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Ötən il ərzində Azərbaycan velosiped idmanı Sizin tərəfinizdən böyük sosial və təşkilati dəstək alaraq bir çox dəyişikliklər yaşamış və biz Sizin idmana olan həvəsinizi, həmçinin möhtəşəm ölkənizin gəncləri üçün verdiyiniz töhfəni yüksək qiymətləndiririk.
Azərbaycan velosiped idmanının bundan sonra da Sizin diqqətiniz nəticəsində inkişaf edəcəyinə və bu idman növünün bütün sahələrinə dəstək verəcəyinizə inanıram.
Avropa Velosiped İttifaqı ailəsi adından Sizə Azərbaycanda keçirilən nüfuzlu velosiped yarışlarını yenidən görməyi arzu edirəm"

Hörmətlə,
Avropa Velosiped İttifaqının prezidenti Enrico Della Casa

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu