Ayan Xankişiyeva dünya reytinq cədvəlində mövqeyini yüksəldib

21 avqust, 2022 22:08

Ayan Xankişiyeva dünya reytinq cədvəlində mövqeyini yüksəldib

Azərbaycanın trek velosipedi üzrə qadınlardan ibarət Elit/U23 yığma komandasının üzvü Ayan Xankişiyeva dünya reytinq siyahısında mövqeyini yüksəldib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) açıqladığı yeni reytinq cədvəlində xallar üzrə qrup ötüşməsi növü üzrə siyahıda idmançımız 288 xalla 89-cu yerdə qərarlaşıb.

Ölkələrin siyahısında Azərbaycan 288 xalla 45-ci pillədədir.

Velosipedçimiz skretç növü üzrə dünya reytinqində isə 302 xalla 90-cı sırada yer alıb. 

Ölkələrin siyahısında isə Azərbaycan 372 xalla 43-cü yerdə qərarlaşıb.



Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu