07 oktyabr, 2018 17:20
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə “Az avtomobil - çox həyat” devizi altında veloyürüş keçirilib. Avtomobilsiz istirahət günü ənənəsini təbliğ edən veloyürüş Azneft meydanından start götürməklə Heydər Əliyev Mərkəzinədək davam edib.
Yürüşdən əvvəl iştirakçılara təhlükəsizlik qaydaları barədə məlumat verilib. ETSN-nin əməkdaşlarının da qatıldığı veloyürüşdə 200-dən artıq həvəskar və peşəkar velosipedçi iştirak edib. Aksiyanın sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən iştirakçılara diplom və təşəkkürnamələr verilib.
Veloyürüşün keçirilməsində məqsəd İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin (2030-cu ilə qədər CO2 miqdarının 35%-ə qədər azalması) yerinə yetirilməsinə həm dövlət təşkilatları, həm də özəl sektorun diqqətini cəlb etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.
Veloyürüş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyası, İDEA İctimai Birliyi, BMT-nin Azərbaycandakı nümayəndəliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Dövlət Təhlükəsizliyi Xidmətinin Velosiped Klubu, “EkoSfera” Sosial-Ekoloji Mərkəzi və “İsma Bikes”ın dəstəyi ilə baş tutub.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu