19 avqust, 2021 23:17
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının 2021-ci il üçün təsdiq etdiyi vahid idman təqvim planına əsasən, İsmayıllı rayonunda şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb. İlk yarış günündə fərdi ötüşmə üzrə ölkə çempionları müəyyənləşib.
15 yaşadək velosipedçilərin 10 km məsafəyə mübarizəsi Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Məryəm Əfqanzadə və Ravi Rzayevin qələbəsilə yekunlaşıb. U17 yaş kateqoriyasında da bu məktəbin təmsilçiləri fərqləniblər - Radha Şabanova və Hüseyn Nərimanov 10 km məsafəni digər rəqiblərindən daha tez qət ediblər.
Gənc qızların 15 km məsafəyə fərdi ötüşməsində Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Viktoriya Sidorenko çempionluq sevinci yaşayıb. Onun komanda yoldaşı Nikita Sıtov gənc oğlanların 20 km məsafəyə mübarizəsidə 1-ci yeri tutub.
İsveçrədəki Dünya Velosiped Mərkəzinin (WCC) komandasının tərkibində çıxış edən Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Ayan Xankişiyeva 23 yaşadək qızlar arasında 20 km məsafəyə fərdi ötüşmədə Azərbaycan çempionu olub. Kişilərin U23 və Elit yaş kateqoriyasında isə “Sərhədçi” İdman Olimpiya Mərkəzinin velosipedçisi Musa Mikayılzadə 20 km-lik marşrutu hamıdan tez qət edib.
Növbəti yarış günlərində qrup ötüşməsi üzrə ölkə çempionları müəyyənləşəcək. Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) göndəriləcək və toplanan xallar həm idmançıların, həm də ölkəmizin reytinq cədvəlində öz əksini tapacaq.
AZƏRBAYCAN ÇEMPİONATI – FƏRDİ ÖTÜŞMƏ
U15 (QIZLAR) – 10 KM
1. Məryəm Əfqanzadə (ROEQİUGVM) – 19:37
2. Ayan Məmmədzadə (7İOEUGİM) – 19:39
3. Aybəniz Abbaszadə (ROEQİUGVM) – 21:06
U15 (OĞLANLAR) – 10 KM
1. Ravi Rzayev (ROEQİUGVM) – 17:18
2. Murad Dadaşov (ROEQİUGVM) – 18:18
3. Maksim Trindelov (7İOEUGİM) – 18:54
U17 (QIZLAR) – 10 KM
1. Radha Şabanova (ROEQİUGVM) – 18:20
2. İradə Əbdürəhmanova (7İOEUGİM) – 18:54
3. Diana Sidorenko (ROEQİUGVM) – 18:58
U17 (OĞLANLAR) – 10 KM
1. Hüseyn Nərimanov (ROEQİUGVM) – 15:48
2. Ömər Musayev (ROEQİUGVM) – 16:59
3. Mirsaleh İbadov (ROEQİUGVM) – 17:02
GƏNC QIZLAR – 15 KM
1. Viktoriya Sidorenko (ROEQİUGVM) – 25:19
2. Lalə Əbdürəhmanova (7İOEUGİM) – 29:22
3. Zəhra Əfqanzadə (ROEQİUGVM) – 30:22
GƏNC OĞLANLAR – 20 KM
1. Nikita Sıtov (ROEQİUGVM) – 27:30
2. Nofəl Nuriyev (Neftçi İK) – 28:49
3. Kamran Mirzəxanov (ROEQİUGVM) – 29:30
U23/ELİT (QADINLAR) – 20 KM
1. Ayan Xankişiyeva (WCC/ROEQİUGVM) – 32:13
2. Natəvan Vəliyeva (ROEQİUGVM) – 47:06
U23/ELİT (KİŞİLƏR) – 20 KM
1. Musa Mikayılzadə (Sərhədçi) – 27:29
2. Samir Cəbrayılov (Neftçi İK) – 27:39
3. Əmral Əbdüləzizli (7İOEUGİM) – 30:09
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu