07 oktyabr, 2020 16:33
Cari ilin iyul ayının 12-dən etibarən ölkəmizin Tovuz rayonu ərazisində dövlət sərhədinə fitnəkar düşmən olan separatçı və işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən başlayan hücumlar fasilərlə davam edərək sentyabr ayının 27-dən etibarən Azərbaycanın işğal olunmuş ərazilərindən işğal altında olmayan yaşayış məntəqələrinin və dinc sakinlərin hədəfə alınması, ağır artilleriya və iri çaplı silahlardan atəşə tutulması ilə nəticələndi. Buna baxmayaraq, qüdrətli Azərbaycan Ordusunun rəşadətli hərbçiləri düşmən tərəfin təxribatına tutarlı cavablar verir və əməliyyat şəraitinə tam nəzarət edir. Xalqımız baş verənləri həssaslıqla izləyir, Silahlı Qüvvələrimizə yüksək etimadlarını ifadə edərək, hərbçilərimizin qəhrəmanlıqlarını qürur hissi ilə qarşılayırlar. Ordumuzun uğurlu cavab əməliyyatlarına idmançılarımız da könüllü olaraq qatılmış və torpaqlarımızın bütovlüyü uğurunda gedən Böyük Vətən müharibəsində yüksək əzmlə savaşırlar. Artıq idmançılarımız arasında əzəli və ayrılmaz torpağımız olan Qarabağın azad edilməsi üçün canlarından keçərək şəhid olanlar vardır.
Son günlərdə bir sıra beynəlxalq təşkilatlar və dövlətlər 30 ilə yaxın müddət ərzində ölkə ərazisinin Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu əhatə edən 20 faizə yaxın bir hissəsinin işğal olunduğu, 25 min nəfərdən çox Azərbaycan vətəndaşının həlak olduğu, 1 milyon nəfərdən çox insanın qaçqın və məcburi köçkünə çevrildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən dondurulması ilə bağlı çıxışlar edirlər. Lakin BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884 saylı qətnamələrdə Qarabağ ərazisindən işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qeyd-şərtsiz çıxması tələb olunur) qəbul olunduğunu, eyni zamanda otuz ilə yaxındır Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticə vermədiyini yada salaraq bildiririk ki, bu münaqişəni dondurmaq əvəzinə yuxarıda qeyd edilən qətnamələrin işğalçı Ermənistan Respublikası tərəfindən qeyd-şərtsiz icra olunması üçün çağırış etmək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımızı öz doğma torpaqlarına qayıtması üçün bəyanat vermək daha ədalətli olardı.
Biz, aşağıda adları qeyd olunan təşkilatlar Azərbaycan idman ictimaiyyəti adından bəyan edirik ki, beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazilərimizin bütövlüyü tam bərpa olunmayanadək, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri ölkə ərazimizi tam tərk etməyənədək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımız öz dogma torpaqlarına qayıtmayanadək canımız və qanımızla apardığı haqq mübarizəsində sona qədər Dövlətimizin yanındayıq!
Bununla bərabər Sizləri bu haqq yolunda dünya ictimaiyyətini, idman qurumlarını düzgün və qərəzsiz məlumatlandırmağa və işğalçı Ermənistan Respublikasının təcavüzünü pisləməyə çağırırıq!
AZƏRBAYCAN İDMAN İCTİMAİYYƏTİ ADINDAN
Azərbaycan Milli Olimpiya Komitəsi
Azərbaycan Milli Paralimpiya Komitəsi
Azərbaycan Xüsusi Olimpiya Komitəsi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Azərbaycan İdmançıları İctimai Birliyi
Azərbaycan İdman Könüllüləri İctimai Birliyi
Azərbaycan İdman Jurnalistləri Federasiyası
Azərbaycan Ağır Atletika Federasiyası
Azərbaycan Atçılıq Federasiyası
Azərbaycan Atıcılıq Federasiyası
Azərbaycan Atletika Federasiyası
Azərbaycan Badminton Federasiyası
Azərbaycan Basketbol Federasiyası
Azərbaycan Boks Federasiyası
Azərbaycan Cüdo Federasiyası
Azərbaycan Dağ Xizəyi Federasiyası
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası
Azərbaycan Gimnastika Federasiyası
Azərbaycan Güləş Federasiyası
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası
Azərbaycan Həndbol Federasiyası
Azərbaycan Kamandan Oxatma Federasiyası
Azərbaycan Məktəb İdmanları Federasiyası
Azərbaycan Konkisürmə Federasiyası
Azərbaycan Milli Avarçəkmə Federasiyası
Azərbaycan Milli Karate Federasiyası
Azərbaycan Otüstü Hokkey Federasiyası
Azərbaycan Qılıncoynatma Federasiyası
Azərbaycan Qolf Federasiyası
Azərbaycan Reqbi Federasiyası
Azərbaycan Stolüstü Tennis Federasiyası
Azərbaycan Taekvondo Federasiyası
Azərbaycan Tennis Federasiyası
Azərbaycan Triatlon Federasiyası
Azərbaycan Üzgüçülük Federasiyası
Azərbaycan Velosiped İdmanı Federasiyası
Azərbaycan Voleybol Federasiyası
Azərbaycan Yelkənli İdman Federasiyası
Azərbaycan “Vətənin Müdafiəsinə Hazıram” Çoxnövçülüyü Federasiyası
Azərbaycan Aşixara Kaykan Karate Federasiyası
Azərbaycan Avtomobil İdmanı Federasiyası
Azərbaycan Aykido Federasiyası
Azərbaycan Bilyard İdmanı Federasiyası
Azərbaycan Bodibildinq və Fitnes Federasiyası
Azərbaycan Boulinq Federasiyası
Azərbaycan Budo Döyüş Növləri Federasiyası
Azərbaycan Çerlidinq Federasiyası
Azərbaycan Ciu-Citsu Federasiyası
Azərbaycan Coriyo Kunq-Fu Federasiyası
Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası
Azərbaycan Dama Federasiyası
Azərbaycan Ən-ənəvi Karate-Do Federasiyası
Azərbaycan Gözdən Əlillərin Şahmat və Dama Federasiyası
Azərbaycan Hapkido Federasiyası
Azərbaycan İdman Rəqsləri Federasiyası
Azərbaycan Kapoeyra Federasiyası
Azərbaycan Karlar İdmanı Federasiyası
Azərbaycan Kikboksinq Federasiyası
Azərbaycan Kontakt Karate Federasiyası
Azərbaycan Kunq-Fu Federasiyası
Azərbaycan Kyokuşin Karate Federasiyası
Azərbaycan Kyokuşinkaykan Kontakt Karate Federasiyası
Azərbaycan Milli İdman Növləri Assosiasiyası
Azərbaycan Motosiklet İdmanı Federasiyası
Azərbaycan Muay-Tay Tayboks Federasiyası
Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası
Azərbaycan Peyntbol Federasiyası
Azərbaycan Poverliftinq Federasiyası
Azərbaycan Qalaqapı (Qo) Federasiyası
Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do Federasiyası
Azərbaycan Qol Güləşi Federasiyası
Azərbaycan Şahmat Federasiyası
Azərbaycan Sambo Federasiyası
Azərbaycan Savat və Şaolin Döyüş Sənəti Federasiyası
Azərbaycan Stronqman Federasiyası
Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası
Azərbaycan Şərq Döyüş Növləri Assosiasiyası
Azərbaycan Pençak Silat Federasiyası
Azərbaycan Şito-Ryu Karate-Do Federasiyası
Azərbaycan Skayraninq Federasiyası
Azərbaycan Şorinciryu Kenkokan Karate-Do Kosiki Karate Federasiyası
Azərbaycan Şotokan Karate-Do Federasiyası
Azərbaycan Sumo Federasiyası
Azərbaycan Turan-Do Federasiyası
Azərbaycan Universal Döyüş Federasiyası
Azərbaycan Uşu Federasiyası
Azərbaycan VKC növləri üzrə Karate Federasiyası
Azərbaycan Vinq Çun döyüş sənəti Federasiyası
Azərbaycan Peşəkar Boks Federasiyası
Azərbaycan MMA Federasiyası
Azərbaycan, Bakı şəhəri
6 oktyabr 2020-ci il
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu