16 aprel, 2023 15:12
Aprelin 15-16-da şose velosipedi üzrə Azərbaycan Kubokunun dördüncü mərhələsi keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda (İsmayıllı - Qaraməryəm - İvanovka yolu) baş tutan yarışın ilk günündə idmançılar qrup ötüşməsi, ikinci günündə isə fərdi ötüşmə növündə güclərini sınayıblar.
Ümumilikdə 51 velosipedçi medallar uğrunda mübarizə aparıblar.
Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar qrup ötüşməsində 100 km, fərdi ötüşmə növündə 25 km, yeniyetmə oğlanlar və qadınlar isə qrup ötüşməsində 50 km, fərdi ötüşmə növündə 10 km məsafə qət ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın ilk günündə (qrup ötüşməsi) Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Musa Mikayılzadə (MSN, 02:41:12), yeniyetmə oğlanların mübarizəsində Ravi Rzayev (ROEQİUGVM, 01:38:07), qadınlar arasında Lalə Əbdürəhmanova (ROEQİUGVM, 01:45:52) bütün rəqiblərini geridə qoyaraq birinci yerdə qərarlaşıblar.
İkinci yarış günündə isə (fərdi ötüşmə) Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında yenidən Musa Mikayılzadə (MSN, 37:32:48), yeniyetmə oğlanların mübarizəsində Artyom Proskuryakov (Təhsil RİM, 16:15:33), qadınlar arasında isə Viktoriya Sidorenko (ROEQİUGVM, 17:12:23) qızıl medal qazanıblar.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu