Azərbaycan Kubokunun II mərhələsinin növbəti qalibləri müəyyənləşib

07 sentyabr, 2023 16:45

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə Lənkəran şəhərində keçirilən şose velosipedinin kriterium növü üzrə Azərbaycan Kuboku yarışının II mərhələsi davam edir.

Sentyabrın 7-də baş tutan ikinci yarış günündə idmançılar cüt ötüşmə növündə güclərini sınayıblar. 2010-2011-ci il təvəllüdlü oğlanlar (12 nəfər) 5 km, 2009 (12 nəfər) və 2006-2008-ci il təvəllüdlü oğlanlar (20 nəfər) isə 10 km məsafə qət ediblər.

Bayraq Meydanının yaxınlığından start götürən idmançılar Heydər Əliyev prospekti ilə hərəkət edib, yenidən başlanğıc yerinə qayıdaraq orada finiş xəttini keçiblər.

2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Ələsgər Bürcəlizadə (ROEQİUGVM) və Timur Rəcəbov (ROEQİUGVM) cütlüyü birinci (09:12:62), Nizam Cavadlı (Təhsil RİM) və Anar Cəfərov (AVF Gəncə bölməsi) ikinci (09:43:30), Artyom Sokolov (ROEQİUGVM İsmayıllı) və Daniil Cəbrayılov (ROEQİUGVM) üçüncü (09:45:42) yerə layiq görülüblər.

2009-cu il təvəllüdlü oğlanların mübarizəsində Çingiz İsayev (ROEQİUGVM) və Nihad Xudoyev (ROEQİUGVM) dueti hamıdan yaxşı göstəriciyə imza ataraq qızıl (16:12:48), Rüstəm Rəcəbli (Təhsil RİM) və Tunar Sadıqlı (Təhsil RİM) gümüş (16:42:13), Mirkəlam Ağayev (ROEQİUGVM) və Asiman Qasımov (ROEQİUGVM) bürünc (16:45:23) medal qazanıblar.

2006-2008-ci il təvəllüdlü oğlanların yarışında isə Artyom Proskuryakov (Təhsil RİM) və İsgəndər İsgəndərov (Təhsil RİM) birinci (14:41:46), Ravi Rzayev (ROEQİUGVM) və Turqut Qurbanlı (ROEQİUGVM) ikinci (15:14:10), Camal İbrahimzadə (ROEQİUGVM) və Tural İsrafilov (ROEQİUGVM) üçüncü (15:23:13) yerdə qərarlaşıblar.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən turnirin sentyabrın 8-də baş tutacaq üçüncü - sonuncu günündə velosipedçilər kriterium növü üzrə mübarizə aparacaqlar.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu