02 aprel, 2023 15:10
Aprelin 2-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan Kubokunun II mərhələsi keçirilib. Bakıda yerləşən “Dreamland” Qolf Klubun yaxınlığında baş tutan yarışda idmançılar fərdi ötüşmə növündə mübarizə aparıblar.
Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar 15 km, yeniyetmə oğlanlar və qadınlar isə 10 km məsafə qət ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda ümumilikdə 43 velosipedçi medallar uğrunda mübarizə aparıblar.
Elit/U23 yaş kateqoriyasında kişilər arasında Elçin Əsədov (Sakarya BB Pro Team, 19:22.38) hamıdan yaxşı nəticə göstərərək birinci, Samir Cəbrayılov (MSN, 19:23.40) ikinci, Kamran Mirzəxanov (Sərhədçi, 20:33.20) üçüncü yerə layiq görülüblər.
Gənc oğlanların yarışında Tural İsrafilov (ROEQİUGVM, 19:59.29) bütün rəqiblərindən sürətli olub. Ömər Musayev (ROEQİUGVM, 20:48.11) ikinci, Hüseyn Nərimanov (ROEQİUGVM, 22:16.34) üçüncü yerlə kifayətləniblər.
Yeniyetmə oğlanların mübarizəsində Ravi Rzayev (ROEQİUGVM, 15:21.83) qızıl, Turqut Qurbanlı (ROEQİUGVM, 16:29.63) gümüş, Artyom Proskuryakov (Təhsil RİM, 16:50.26) bürünc medal qazanıblar.
Qadınlar arasında isə Lalə Əbdürəhmanova (ROEQİUGVM, 17:28.75) hamını qabaqlayaraq birinci olub. Məryəm Əfqanzadə (ROEQİUGVM, 17:38.60) ikinci, Diana Sidorenko (ROEQİUGVM, 18:19.30) üçüncü yerdə qərarlaşıblar.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu