Azərbaycan Kubokunun qalibləri müəyyənləşib

02 oktyabr, 2022 15:02

Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə keçirilən şose velosipedi üzrə Azərbaycan Kubokunun sonuncu - VI mərhələsi başa çatıb. Oktyabrın 2-də baş tutan VI mərhələnin son yarış günündə həm qadın, həm də kişi velosipedçilər Şamaxı yolunun 36-cı km-dən start götürməklə 4,5 km məsafəyə dağa fərdi ötüşmə növündə güclərini sınayıblar.


Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən təşkil edilən yarışın bu mərhələsində bütün yaş kateqoriyaları üzrə idmançılar iştirak ediblər. Ümumilikdə 70 nəfərə yaxın velosipedçi qalib olmaq üçün mübarizə aparıb.


Yarışda qadınlar arasında ən yaxşı nəticəyə Viktoriya Sidorenko (ROEQİUGVM) imza atıb və qızıl medal qazanıb. İradə Əbdürəhmanova (Təhsil RİM) gümüş, Fatimə Əfqanzadə (ROEQİUGVM) isə bürünc medala layiq görülüb.


17 yaşadək oğlanların mübarizəsində Tural İsrafilov (ROEQİUGVM) birinci, Tamerlan Vitovskiy (ROEQİUGVM) ikinci, Ravi Rzayev (ROEQİUGVM) isə üçüncü yerə çıxıb.


Gənc oğlanlar və Elit/U23 yaş kateqoriyasında kişilər arasında Musa Mikayılzadə (MSN) hamıdan sürətli olaraq qızıl, onun ən yaxın izləyicisi Şahin Eyvazov (ROEQİUGVM) gümüş, Nikita Sitov (Sərhədçi) isə bürünc medala sahib olub.


Bu yarışın nəticələri bəlli olandan sonra bütün mərhələlər üzrə (VI mərhələnin cəmi) velosipedçilərin qazandıqları xallar hesablanaraq Azərbaycan Kubokunun qalibləri də müəyyənləşdirilib.


Qadınlar arasında Lalə Əbdürəhmanova (Təhsil RİM, 58 xal) Azərbaycan Kubokunun qalibi olaraq qızıl medala layiq görülüb. Radha Şabanova (ROEQİUGVM, 51 xal) gümüş, Viktoriya Sidorenko isə (ROEQİUGVM, 43 xal) bürünc medal qazanıb.


17 yaşadək oğlanlar arasında Ravi Rzayev (ROEQİUGVM, 59 xal) birinci, Tural İsrafilov (ROEQİUGVM, 54 xal) ikinci, Tamerlan Vitovskiy (ROEQİUGVM, 54 xal) üçüncü yerdə qərarlaşıb.


Gənc oğlanlar və Elit/U23 yaş kateqoriyasında kişilər arasında isə Musa Mikayılzadə (MSN, 68 xal) qızıl medalın sahibi olub. Kamran Mirzəxanov (ROEQİUGVM, 47 xal) gümüş, Şahin Eyvazov (ROEQİUGVM, 36 xal) bürünc medal qazanıb.


Xatırladaq ki, ilk dəfə olaraq AVF-nin Şamaxı və İsmayıllı filiallarının idmançılarının da iştirak etdiyi yarışın birinci mərhələsində (oktyabrın 1-də) velosipedçilər kriterium növü üzrə mübarizə aparıblar.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu