09 aprel, 2023 21:06
Aprelin 8-9-da şose velosipedi üzrə Azərbaycan Kubokunun üçüncü mərhələsi keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Xızı rayonunda (Bakı - Giləzi - Xızı - Altıağac yolu) baş tutan yarışın hər iki günü idmançılar qrup ötüşməsində mübarizə aparıblar.
Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar ilk yarış günü 80 km, ikinci yarış günü 100 km, yeniyetmə oğlanlar və qadınlar isə birinci yarış günü 40 km, ikinci yarış günü 30 km məsafə qət ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda ümumilikdə 45 velosipedçi iştirak edib.
Aprelin 8-də baş tutan mübarizədə Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Kamran Mirzəxanov (Sərhədçi, 01:59:50), yeniyetmə oğlanların yarışında Ravi Rzayev (ROEQİUGVM, 01:09:06), qadınlar arasında isə Viktoriya Sidorenko (ROEQİUGVM, 01:09:49) bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüblər.
Aprelin 9-da keçirilən yarışda isə Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Şahin Eyvazov (ROEQİUGVM, 02:48:11), yeniyetmə oğlanların mübarizəsində Artyom Proskuryakov (Təhsil RİM, 01:04:00), qadınlar arasında isə yenidən Viktoriya Sidorenko (ROEQİUGVM, 01:13:12) hamıdan yaxşı nəticə göstərərək qızıl medal qazanıblar.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu