01 oktyabr, 2022 17:04
Oktyabrın 1-də şose velosipedi üzrə Azərbaycan Kubokunun sonuncu - VI mərhələsinə start verilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə keçirilən iki mərhələli yarışda bütün yaş kateqoriyalarında olan velosipedçilər iştirak edirlər.
Birinci mərhələdə idmançılar kriterium növü üzrə mübarizə aparıblar. Bakıda yerləşən Veloparkda baş tutan bu mərhələdə qadın velosipedçilər 20 km, kişi velosipedçilər isə 30 km məsafə qət ediblər.
Ümumilikdə 65 idmançının mübarizə apardığı yarışda qadınlar arasında Viktoriya Sidorenko (ROEQİUGVM) bütün rəqiblərini geridə qoyaraq qızıl, İradə Əbdürəhmanova (Təhsil RİM) gümüş, Aybəniz Abbaszadə (ROEQİUGVM) isə bürünc medal qazanıb. 17 yaşadək oğlanlar arasında Tural İsrafilov (ROEQİUGVM) birinci, Ravi Rzayev (ROEQİUGVM) ikinci, Baratəli Səlimzadə (ROEQİUGVM) isə üçüncü yerə çıxıb. Gənc oğlanlar və Elit/U23 yaş kateqoriyasında kişilər arasında Kamran Mirzəxanov (ROEQİUGVM) hamıdan yaxşı nəticə göstərərək qızıl, Nəcəf Bağırov (ROEQİUGVM) gümüş, Samir Cəbrayılov (MSN) isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən təşkil edilən yarışda ilk dəfə olaraq AVF-nin Şamaxı və İsmayıllı filiallarının idmançıları da iştirak ediblər.
Nəzərinizə çatdıraq ki, oktyabrın 2-də keçiriləcək ikinci mərhələdə həm qadın, həm də kişi velosipedçilər Şamaxı yolunun 36-cı km-dən start götürməklə 4,5 km məsafəyə dağa fərdi ötüşmə növündə güclərini sınayacaqlar.
Bu yarışın nəticələri bəlli olandan sonra bütün mərhələlər üzrə (VI mərhələnin cəmi) velosipedçilərin qazandıqları xallar hesablanaraq Azərbaycan Kubokunun qalibləri də müəyyənləşdiriləcək.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu