29 aprel, 2019 11:55
Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamazdan əvvəl yarışların keçirildiyi Bakı trekində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped İdman Klubunun təşkilatçılığı, Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ənənəvi veloyürüş təşkil edilib.
Formula 1 yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı trekində keçirilən veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, velosiped idman növü üzrə ölkə çempionatlarının dəfələrlə qalib və mükafatçısı olmuş, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped İdman Klubunun sədri Vüqar Salahov, həmçinin klubun üzvləri iştirak ediblər.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu