15 noyabr, 2019 16:35
Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarının kişilər arasında şose velosipedi növündə təmsil olunacaq. Bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib.
Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, kişilərin şose velosipedində Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayında başa çatıb və Olimpiya reytinqinin ilk 50 pilləsində qərarlaşan milli federasiyaların 130 idmançısı 4 illiyin zirvə yarışında iştirak hüququna yiyələnib.
Bu müddət ərzində yığmamızın baş məşqçisi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət komandamız lisenziya xalları verən nüfuzlu beynəlxalq yarışlarda 894 xal toplayıb.
Ümumilikdə UCI-a üzv olan 196 milli federasiyadan 115-i Tokio-2020 Yay Olimpiya oyunlarına lisenziya xalları qazanıb ki, Azərbaycan milli komandası da onların arasında 44-cü yerdə qərarlaşıb. Qeyd edək ki, şose velosipedində lisenziyalar milli federasiyalara verilir və Olimpiadada mübarizə aparacaq idmançını federasiya müəyyənləşdirir.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu