“Azərbaycan Velosiped Federasiyası” İctimai Birliyinin mükafatlandırma Qaydası

04 iyul, 2022 00:00

“Azərbaycan Velosiped Federasiyası” İctimai Birliyinin mükafatlandırma Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Azərbaycan Velosiped Federasiyası” İctimai Birliyinin (bundan sonra - Birlik) Nizamnaməsinə əsasən hazırlanmışdır. Birliyin, habelə filial və klublarının, gündəlik fəaliyyətinə cəlb edilmiş idmançılarının, məşqçilərinin, hakimlərinin, könüllülərinin, bütün əməkdaşlarının və Birliyin fəaliyyətinə cəlb edilmiş hər bir şəxsin (bundan sonra - iştirakçılar) əməyinin dəyərləndirilməsi, vəzifə və peşə hazırlığının əsas fəaliyyət istiqamətləri üzrə bacarıqlarının artırılması, fəaliyyətlərinin stimullaşdırılması, eləcə də onların sırasından bilikli və bacarıqlı iştirakçıların aşkar edilməsi məqsədi ilə qəbul edilmişdir.

1.2. Bu Qaydanın tətbiqi ilə iştirakçılar arasında sağlam rəqabətin artırılmasına, yüksək göstəricilərin əldə olunmasına və qarşılıqlı əməkdaşlıq şəraitində sağlam işgüzar mühitin yaranmasına nail olunacaqdır.

2. İştirakçıların mükafatlandırılması üçün tələblər

2.1.  İştirakçılar aşağıdakı əsaslara görə mükafatlandırılırlar:

2.1.1. Birliyin təşkil və iştirak etdiyi, tanıdığı tədbirlərdə, rəsmi yarışlarda müəyyən edilmiş funksiyaların layiqincə yerinə yetirilməsinə, respublika, dünya, avropa və beynəlxalq velosiped idmanı üzrə yarışlarda ən yüksək nəticələr göstərilməsinə görə;

2.1.2. fəaliyyəti ilə bağlı qarşıya qoyulmuş tələblərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə;

2.1.3. Birliyin yığma komandasının üzvlüyünə ilk dəfə qəbul edilərkən;

2.1.4. daha yüksək idman dərəcələrinin alınmasına görə;

2.1.5. fəaliyyətlərində illik nəticələri üzrə ən yaxşı göstəricilərə malik olduqlarına görə;

2.1.6. qarşılıqlı əməkdaşlıq şəraitində sağlam işgüzar mühitin yaranmasında  iştiraka görə;

2.1.7. Birliyin qərarları ilə müəyyən edilmiş digər hallarda.

2.2. İştirakçıların mükafatlandırılması və mükafatların müəyyən edilməsi üçün aşağıdakı məlumatlar İcraiyyə Komitəsinə təqdim edilməlidir:

2.2.1. bu Qaydaların 2.1-ci bəndində müəyyən edilmiş tələblərə cavab verən əsaslandırılmış təqdimat;

2.2.2. velosiped idmanı sahəsində təcrübəli əməkdaşlar tərəfindən tərtib olunmuş rəylər;

2.2.3. velosiped idmanı sahəsində fəaliyyətləri ilə bağlı (hazırlıq, nəzəri və praktiki bilikləri) məlumatlar;

2.2.4. iştirakçılar barədə xasiyyətnamə;

2.2.5. İştirakçıların təltif və mükafatlarının mövcud olub-olmaması barədə məlumatlar (təltif və mükafatların surətləri);

2.2.6. iştirakçıların sahə üzrə təcrübəsi, şəxsi və işgüzar keyfiyyəti, kollektiv arasında mövcud təəssüratı və peşəkarlıq səviyyəsini əks etdirən məlumatların qeyd olunduğu fotoşəkilli arayış və şəxsiyyətini təsdiq edən sənədin surəti.

3. Qaliblərin mükafatlandırılması qaydası, mükafatların

 təqdim olunması, vaxtı və yeri

3.1. Birliyin müvafiq səlahiyyətli şəxsləri tərəfindən bu Qaydanın 2.1-ci hissəsində qeyd olunan əsaslarla mükafatlandırılma ilə bağlı yazılı təqdimat Birliyin Baş katibinə təqdim edilməlidir. Daxil olmuş təqdimat əsasında Birliyin Baş katibi tərəfindən iştirakçının mükafatlandırılması ilə bağlı Birliyin İcraiyyə Komitəsinin sədri qarşısında vəsatətin qaldırılması məsələsinə baxılır.

3.2. İcraiyyə Komitəsi tərəfindən iştirakçıların mükafatlandırılması və ya mükafatlandırılmadan imtina edilməsi ilə bağlı aşağıdakı tədbirlər görülür:

3.2.1. İcraiyyə Komitəsi tərəfindən müəyyən edilmiş vaxta bu Qaydanın 2-ci hissəsində göstərilmiş mükafatlandırma ilə bağlı daxil olan müraciətlərə baxılır. Müraciətlərə 10 (on) iş günü müddətində baxılmalıdır. Müraciətlərə baxılması müddəti İcraiyyə Komitəsinin qərarı əsasında əlavə olaraq 10 (on) iş günü müddətinə uzadıla bilər;

3.2.2. İcraiyyə Komitəsi tərəfindən daxil olmuş məlumatlar öyrənildikdən sonra Baş katib tərəfindən bütün İcraiyyə Komitəsinin üzvləri və həmçinin iştirakçılar və ya onların qanuni təmsilçiləri mükafatlandırılmaya baxılacağı yer və vaxt barədə məlumatlandırılır;

3.2.3. İcraiyyə Komitəsinin iştirakçının mükafatlandırma ilə bağlı iclasa gəlməməsinin səbəbləri haqqında məlumatı olmadıqda və ya iştitrak etməmənin səbəbindən asılı olmayaraq, iştirakçının və ya səlahiyyətli nümayəndəsinin iştirakı olmadan mükafatlandırma ilə bağlı təqdimata baxmaq və müvafiq qərar qəbul etmək hüququ var;

3.2.4. İcraiyyə Komitəsi mükafatlandırma ilə bağlı  məsələlərə baxılması zamanı  bu prosesə müvafiq mütəxəssis cəlb edə, araşdırma ilə bağlı aidiyyəti şəxslərdən və qurumlardan öz səlahiyyətləri çərçivəsində əlavə sənədlər, sübutlar, dəlillər və s. ala bilər;

3.2.5. İcraiyyə Komitəsi tərəfindən daxil olmuş mükafatlandırma barədə təqdimata obyektiv baxılır, bu Qayda ilə müəyyən edilmiş mükafatlandırma tədbirlərinin birinin və ya bir neçəsinin tətbiqini müəyyən edir, mükafatlandırma ilə bağlı kifayət qədər əsas olmadıqda mükafatın verilməsindən imtina edilir;

3.2.6. İcraiyyə Komitəsi tərəfindən işə baxılarkən maraqların toqquşması halında Komitənin aidiyyəti üzvü həmin prosesdə iştirakdan dərhal imtina etməli və ya baxılan işin nəticəsindən maraqlı olmasını təsdiq edən əsaslı hallar müəyyən edildikdə işə baxılmasından kənarlaşdırılır;

3.2.7. İcraiyyə Komitəsinin mükafatlandırma ilə bağlı iclasları protokollaşdırılır. Protokol İcraiyyə Komitəsinin sədri, sədr olmadıqda müvafiq üzvü və iclasın katibi tərəfindən imzalanır. Protokolda işdə iştirak edən bütün tərəflərin çıxışları öz əksini tapmalıdır. İcraiyyə Komitəsinin müvafiq qərarı əsasında  tərtib olunan protokollarla yanaşı iclasın audio və  ya video yazılışı aparıla bilər;

3.2.8. İcraiyyə Komitəsində mükafatlandırılma ilə bağlı məsələyə baxılaraq müvafiq əsaslandırılmış qərar qəbul edilir. 

3.2.9. İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının qanunvericiliyinə, sahəni tənzimləyən normativ sənədlərin, ümumqəbul edilmiş beynəlxalq qaydaların, təlimatların və s. sənədlərin tələblərinə zidd olmamalıdır.  

3.3. İştrakçıların təltif edilməsi İcraiyyə Komitəsinin sədrinin müvafiq əmri ilə həyata keçirilir və müəyyən edilmiş vaxtda və müvafiq qaydada elan edilir.

           

4. İştirakçıların mükafatlandırılması ilə bağlı veriləcək maliyyə vəsaitlərinin və qiymətli hədiyyələrin və təltiflərin müəyyən ediməsi qaydası

4.1. “Azərbaycan Velosiped Federasiyası” İctimai Birliyinin iştirakçılarına veriləcək maliyyə vəsaitlərinin məbləği, qiymətli hədiyyələrin və təltif növləri İcraiyyə Komitəsinin müvafiq  qərarı əsasında müəyyən edilir.

5. Yekun müddəalar

5.1. Bu Qayda “Azərbaycan Velosiped Federasiyası” İctimai Birliyinin bütün iştirakçılarına şamil olunur.

5.2. Bu Qaydada nəzərdə tutulmayan məsələlərin tənzimlənməsi mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir və ziddiyyət təşkil etdikdə qanunvericiliyin müddəaları rəhbər tutulur.

5.3. Bu Qaydaya dəyişikliklərin edilməsi zərurəti yarandıqda əsaslandırılmış təkliflər Birliyin rəhbərliyinə təqdim olunur və İcraiyyə Komitəsi tərəfindən baxılaraq müvafiq qərar qəbul edilir.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu