05 aprel, 2022 12:44
Ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və coğrafiyasının genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyasının ilk regional nümayəndəliyi açılıb. Bundan sonra İsmayıllı rayonunda velosiped idmanı üzrə bölmə fəaliyyət göstərəcək. İsmayıllı Olimpiya İdman Kompleksində yerləşən filialda yeniyetmə və gənclər peşəkar şəkildə idmanın bu növü ilə məşğul ola bilərlər.
Bundan başqa, Şamaxı Olimpiya İdman Kompleksinə baxış keçirilib və yaxın günlərdə burada da federasiyanın filialının açılması planlaşdırılır.
Regional nümayəndəliklərin açılmasında əsas məqsəd kütləviliyi təmin etmək, insanları ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadəyə həvəsləndirmək, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir.
Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev tərəfindən İsmayıllı filialına 6 velosiped və ehtiyat hissələri hədiyyə edilib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu