29 noyabr, 2021 20:05
29 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyevin məşqçilərlə görüşü keçirilib. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində baş tutan görüşü giriş sözü ilə açan federasiya prezidenti qarşıda duran əsas məqsədlərdən danışıb və ölkəmizdə velosiped idmanının inkişafı istiqamətində görülməsi vacib olan məsələləri qeyd edib.
Federasiya prezidentinin sözlərinə görə, kütləvilik artırılmalı, nəticələrin yüksəldilməsi üçün konkret hədəflər müəyyənləşdirilməlidir: “Yerli kadrların yetişdirilməsinə diqqət yetirilməli, onların ustalıq səviyyəsinin yüksəldilməsi və gələcəkdə azərbaycanlı velosipedçilərin dünyanın tanınmış komandalarında çıxış etmələri başlıca məqsədlərimizdən olmalıdır” – deyən Mədət Quliyev təlim-tərbiyə işlərinə də xüsusi diqqət ayırmağın vacibliyini ön plana çəkib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu