13 may, 2019 18:09
2019-cu il üçün təsdiq olunmuş vahid idman təqvim planına əsasən keçirilən fərdi və qrup ötüşməsi üzrə Bakı çempionatına yekun vurulub. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib. Fərdi ötüşmə yarışları Qala yolunda, qrup ötüşməsi isə Veloparkda baş tutub.
15 yaşadək oğlan və qızlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin yetirmələri Hüseyn Nərimanov və Radha Şabanova həm 10 km məsafəyə fərdi, həm də 6 km məsafəyə qrup ötüşməsində bütün rəqiblərini qabaqlamaqla 1-ci yeri tutublar.
17 yaşadək qızlar arasında 10 km məsafəyə fərdi ötüşmədə 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü Viktoriya Sidorenko, 16 km məsafəyə qrup ötüşməsində isə Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Məleykə İsgəndərova qələbə qazanıb. Bu yaş kateqoriyasında çıxış edən oğlanlar arasında “Neftçi” İdman Klubu İctimai Birliyinin nümayəndəsi Nofəl Nuriyev 10 km məsafəyə fərdi ötüşmə yarışında çempion olub. 24 km məsafəyə qrup ötüşməsinə gəlincə, bu növdə Respublika Olimpiya Velosiped Məktəbindən Nikita Sıtov bütün rəqiblərini qabaqlayıb.
Gənc qızların 20 km məsafəyə fərdi ötüşməsi Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Ayan Xankişiyevanın qələbəsilə yekunlaşıb. Onun komanda yoldaşı Elfanə Camalova isə 24 km-ə qrup ötüşməsində 1-ci yeri tutub.
Oğlanların gənclər və U23 yaş kateqoriyasında isə 20 km məsafəyə fərdi ötüşmə yarışı “Neftçi” İdman Klubu İctimai Birliyinin yetirməsi Mahmud Məmmədovun (“Lviv” Cycling Team) hamını qabaqlaması ilə yadda qalıb. 32 km məsafəyə qrup ötüşməsinə gəlincə, burada qələbəni 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü Əmral Əbdüləzizli bayram edib. Fərqlənən idmançılar diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu