02 iyun, 2021 15:32
3 iyun – Dünya Velosiped Günü münasibətilə Veloparkda şose velosipedi üzrə Bakı Kuboku yarışı keçirilib. Bütün yaş kateqoriyaları üzrə təşkil olunan yarışda 60-a yaxın idmançı mübarizə aparıb.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən yarış mövsümün şose velosipedi üzrə ilk daxili yarışı olub. Açılış mərasimində çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, ötən il olduğu kimi, bu il də pandemiya ilə əlaqədar tətbiq edilən qaydaların yumşaldılmasından sonra idman federasiyaları arasında ölkədaxili ilk yarış məhz Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən keçirilib.
15 yaşadək qızların 10 km məsafəyə qrup ötüşməsi 7 saylı İdman Olimpiya Məktəbinin üzvü Ayan Məmmədzadənin qələbəsilə başa çatıb. Bu yaş kateqoriyasında oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Ravi Rzayev finiş xəttini hamıdan tez keçib.
U17 yaş kateqoriyasında həm qızlar, həm də oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin nümayəndələri qələbə sevinci yaşayıblar – Radha Şabanova və Hüseyn Nərimanov 12 km məsafəyə ötüşmədə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıblar.
Gənc qızların və oğlanların mübarizəsi də Respublika Olimpiya Velosiped Məktəbindən olan idmançıların qələbəsilə yekunlaşıb - Viktoriya Sidorenko 14, Nikita Sıtov isə 22 km məsafəni rəqiblərindən daha tez qət edib.
Və nəhayət, Elit/U23 yaş kateqoriyasında 7 saylı İdman Olimpiya Məktəbinin velosipedçisi Əmral Abduləzizli 22 km məsafəyə mübarizədə çempionluq sevinci yaşayıb. Qalib və mükafatçılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və diplomla təltif ediliblər.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu