26 sentyabr, 2020 17:00
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılğı ilə Respublika Velotrekində Bakı Kuboku yarışı keçirilib. Yarışda U15, U17, gənclər, U23 və Elit yaş kateqoriyası üzrə 60-a yaxın idmançı fərdi ötüşmə sistemində mübarizə aparıb.
15 yaşadək qızların 666 metr məsafəyə yarışında Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Radha Şabanova 1-ci olub. Bu yaş kateqoriyasında oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin digər üzvü Tamerlan Vitovski fəxri kürsün ən yüksək pilləsinə qalxıb.
17 yaşadək oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbini təmsil edən Kamran Mirzəxanov 1 km məsafəyə ötüşmədə bütün rəqiblərini qabaqlayıb. 7 saylı Olimpiya Məktəbin üzvü Fatimə Əfqanzadə də eyni məsafəyə fərdi ötüşmədə çempionluq sevinci yaşayıb.
Gənc oğlan və qızlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin velosipedçiləri Nikita Sıtov və Viktoriya Sidorenko 1 km məsafəyə mübarizədə hamıdan güclü olublar. U23/Elit kateqoriyalı kişi velosipedçilər arasında isə “Neftçi” İdman Klubundan Musa Mikayılzadə çempionluq sevinci yaşayıb.
Qaliblər medal və diplomla təltif edilib. Yarış zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində verdiyi bütün tapşırıq və tovsiyələrə əməl edilib.
Trek velosipedi üzrə Bakı Kuboku
U15 oğlanlar (2006-2007) / 666 metr
1. Tamerlan Vitovskiy (Respublika Olimpiya Velosiped Məktəbi)
2. Ravil Rzayev (Respublika Olimpiya Velosiped Məktəbi)
3. Tural İsrafilov (Respublika Olimpiya Velosiped Məktəbi)
U15 qızlar (2006-2007) / 666 metr
1. Radha Şabanova (Respublika Olimpiya Velosiped Məktəbi)
2. İradə Əbdürəhmanova (7 saylı Olimpiya Məktəbi)
3. Aybəniz Abbaszadə (Respublika Olimpiya Velosiped Məktəbi)
U17 oğlanlar (2004-2005) / 1 km
1. Kamran Mirzəxanov (Respublika Olimpiya Velosiped Məktəbi)
2. Rəşid Ələkbərov (Respublika Olimpiya Velosiped Məktəbi)
3. Ömər Musayev (Respublika Olimpiya Velosiped Məktəbi)
U17 qızlar (2004-2005) / 1 km
1. Fatimə Əfqanzadə (7 saylı Olimpiya Məktəbi)
2. Diana Sidorenko (Respublika Olimpiya Velosiped Məktəbi)
3. Aişə Tağızadə (Respublika Olimpiya Velosiped Məktəbi)
Gənc oğlanlar (2002-2003) / 1 km
1. Nikita Sıtov (Respublika Olimpiya Velosiped Məktəbi)
2. Nofəl Nuriyev (Neftçi İdman Klubu)
3. Əmral Əbdüləzizli (7 saylı Olimpiya Məktəbi)
Gənc qızlar (2002-2003) / 1 km
1. Viktoriya Sidorenko (Respublika Olimpiya Velosiped Məktəbi)
2. Mələkxanım İsmayılova (Respublika Olimpiya Velosiped Məktəbi)
3. Zəhra Əfqanzadə (7 saylı Olimpiya Məktəbi)
U23/Elit / 1 km
1. Musa Mikayılzadə (Neftçi İdman Klubu)
2. Nəcəf Bağırov (Respublika Olimpiya Velosiped Məktəbi)
3. Mahmud Məmmədov (Neftçi İdman Klubu)
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu