24 may, 2019 23:30
Bakı Media Mərkəzi Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) ilə əməkdaşlığı uğurla davam etdirir. Mərkəzi ofisi İsveçrənin Eqle şəhərində yerləşən bu beynəlxalq idman qurumu ilə əldə olunan razılığa əsasən, Bakı Media Mərkəzi 2020-ci ilin sonuna qədər İttifaqın velosiped idmanının BMX Supercroos növü üzrə təşkil olunan dünya Superkuboku üçün nəzərdə tutulmuş zəruri yayım xidmətlərini həyata keçirəcək. Bu yarışların promo video çəkilişlərini də Bakı Media Mərkəzi aparacaq.
Beynəlxalq Velosipedçilər İttifaqının BMX Supercroos Dünya Kuboku üzrə təşkil etdiyi çempionat turu qlobal xarakter daşıyır. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qədər bu yarışlar iki il ərzində Böyük Britaniya, Hollandiya, Fransa, ABŞ, Argentina və Avstraliyada təşkil olunacaq. 2019-cu ilin iyun ayında Fransa Velosiped Federasiyası tərəfindən təşkil ediləcək Fransa çempionatının canlı yayımını da Bakı Media Mərkəzi həyata keçirəcək.
Bakı Media Mərkəzinin İcraçı Prodüseri Tahir Əliyev BMX Supercroos növü üzrə turların Olimpiya Oyunlarına seçmə mərhələ əhəmiyyəti daşıyan yeganə elitar yarış olduğunu xatırladaraq deyib: “Biz Bakı Media Mərkəzi olaraq Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) bu cür nüfuzlu yarışına cəlb olunmağımızdan qürur duyuruq. Şirkət UCI ilə bağlanmış müqaviləyə uyğun olaraq yüksək keyfiyyətli çəkiliş məhsulu təqdim edəcək. Ümud edirik ki, bu həm də bizim Beynəlxalq Velosipedçilər İttifaqı ilə uzunmüddətli əməkdaşlığımızın başlanğıcı olacaq”.
Qeyd etmək yerinə düşər ki, Bakı Media Mərkəzi Azərbaycanın beynəlxalq tədbirlərdən və idman yarışlarından çəkiliş və yayım təcrübəsi olan ilk innovativ şirkətidir. Şirkət 2015-ci ildə ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının çəkilişlərinə cəlb edilib, “Tour d'Azerbaidjan” və 4-cü İslam Həmrəyliyi Oyunları da daxil olmaqla, bir çox nüfuzlu idman yarışlarının çəkilişlərində iştirak edib, 2018-ci ildə isə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunan Beynəlxalq Velosipedçilər İttifaqının BMX növü üzrə dünya çempionatında yayım xidmətləri göstərib.
Mərkəz həm də audio-vizual məhsulların istehsalı sahəsində geniş çeşiddə xidmətlər göstərən çoxfunksiyalı bir şirkətdir. Xatırladaq ki, yaxın günlərdə paytaxtımızda təşkil ediləcək UEFA Avropa Liqasının final oyununun canlı yayım çəkilişlərini də Bakı Media Mərkəzi Britaniyanın tanınmış BT Sport şirkəti ilə birgə həyata keçirəcək.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu