03 dekabr, 2021 15:53
“Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və “ARB Media Qrup”un dəstəyi ilə Bakıda 3 dekabr - Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr edilmiş inklüziv velosiped yürüşü təşkil edilib.
Yürüşün təşkilində məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltmək, onları para-velosiped idmanına cəlb etməklə cəmiyyətə inteqrasiyasına və psixoloji vəziyyətlərinin bərpasına dəstək vermək, özünəinam hissini artırmaqdır.
Su İdmanı Sarayının qarşısından start götürən yürüşdə müxtəlif velosiped klublarını təmsil edən 20-dən çox velosipedçi iştirak edib. Tədbirin təşkilinə “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən dəstək verilib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu