28 sentyabr, 2018 12:00
Avstriyanın ev sahibliyi etdiyi şosse velosipedi üzrə dünya çempionatı davam edən günlərdə İnnsbrukda Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) sayca 187-ci konqresi keçirilib. Tədbirdə quruma üzv olan 191 milli federasiyanın 130-nun nümayəndələri iştirak edib. Ölkəmiz konqresdə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və federasiyanın baş katibi, UCI konqreslərində UEC adından səsvermə hüququna malik 15 nümayəndədən biri, beynəlxalq federasiyanın Asiya və Yaxın Şərq ölkələri üzrə texniki nümayəndəsi Fərhad Əliyevlə təmsil olunub.
Konqres zamanı Beynəlxalq Velosipedçilər İttifaqına 4 yeni milli federasiya – Çad, Kabo Verde, Kuk və Vircin Adalarının qəbul ediləsi barədə qərar qəbul edilib. Bununla da UCI-a daxil olan milli federasiyaların sayı 194-ə çatıb. Planetin ali velosiped qurumunun rəhbəri David Lappartyen çıxışı zamanı əsas məqsədlərinin 2022-ci ilə kimi quruma üzv ölkələrin sayını 200-ə çatdırmaqdan ibarət olduğunu deyib.
Konqresin gedişində müzakirə olunan əsas məsələlər içərisində 2022-ci ilə kimi velosiped idmanının həm kişilər, həm də qadınlar arasında daha geniş şəkildə yayılmasına və inkişafına nail olmaq, dopinqlə mübarizə, texnoloji nailiyyətlərin velosiped idmanında sui-istifadə hallarına yol açmaması xüsusi maraq doğurub. Bundan başqa, konqresin gediçində UCI-nın 2019-cu il üçün büdcəsi və bütün növlər üzrə təqvim planı da təsdiqlənib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu