22 iyun, 2023 09:18
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN)
Yoqa İdman Klubunun və Klassik Yoqa Məktəbinin birgə təşkilatçılığı,
Hindistanın ölkəmizdəki səfirliyi və Azərbaycan
Velosiped Federasiyasının (AVF) dəstəyi ilə Beynəlxalq Yoqa Günü münasibəti ilə
keçirilən növbəti açıq yoqa dərsi iyunun 21-də Bakı Bulvarında təşkil edilib.
Açılış nitqi ilə çıxış edən Hindistanın Azərbaycandakı səfiri
Sridharan Madhusudhanan tədbir iştirakçılarını Azərbaycan dilində salamlayaraq
xoş arzularını çatdırıb və qeyd edib ki, bu yoqa dərslərinin iştirakçıları
Hindistanla Azərbaycan arasında dostluq körpüsüdürlər.
Bundan sonra yoqa təlimi üzrə mütəxəssis, klasik yoqa məktəbinin
təsisçisi Elçin Quliyev, “Art of living” təşkilatının rəhbəri Kənan Məmmədov və
yoqa müəllimi İradə Əliyevanın təqdimatında açıq yoqa dərsinə başlanılıb.
Açıq hava məkanında baş tutan dərsdə MSN-in Yoqa İdman
Klubunun, Klassik Yoqa Məktəbinin və AVF-nin üzvləri, həmçinin həvəskarlar
iştirak ediblər. Tədbirə ümumilikdə 200-ə yaxın iştirakçı qatılıb.
Hatha yoqa praktikası ilə başlayan açıq dərs musiqili
proqram ilə davam etdirilib.
Sonda
iştirakçılara vegetarian yeməkləri təqdim edilib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 2014-cü ildə
yekdilliklə qəbul etdiyi qərarla iyunun 21-i Beynəlxalq Yoqa Günü elan edilib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu