Biləsuvarda “Sağlam gənclik” layihəsi başlayıb

25 oktyabr, 2019 07:45

Azərbaycan Gənclər Fondu və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvar rayonunda “Sağlam Gənclik” layihəsinə start verilib. Layihənin keçirilməsində əsas məqsəd gənclərin sağlam həyat tərzinə cəlb olunmasını təmin etmək, ekoloji sağlam həyatın inkişafına dəstək verməkdir.

Gənclərin veloyürüşü ilə başlayan layihədə 400-dən çox gənc iştirak edib. Biləsuvar rayonu Gənclərin Karyera və İnkişaf Mərkəzinin qarşısından start verilən yürüşdə velosipedçilər 10 km məsafə qət ediblər.

Tədbirdə Gənclər Fondunun və Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyi də iştirak edib. Çıxış edənlər velosiped idmanının sağlamlıq üçün əhəmiyyətindən, regionlarda yaşayan gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyindən danışıblar.

Tədbir zamanı gənclərə əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Daha sonra ərazidə velosiped dayanacaqları quraşdırılıb. Yeniyetmə və gənclərə bu idman növünə aid texniki ləvazimatlar paylanılıb və Biləsuvar rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinə velosipedlər hədiyyə olunub. Yaxın gələcəkdə isə bölgələrdə yerləşən Gənclərin İnkişaf və Karyera Mərkəzlərində veloklubların yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində Qazax, Şəmkir və digər bölgələrdə də analoji tədbirlər təşkil olunacaq.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu