BMX üzrə 2018-ci il dünya çempionatının yayım çəkilişini Bakı Media Mərkəzi təşkil edəcək

09 aprel, 2018 09:35

BMX üzrə 2018-ci il dünya çempionatının yayım çəkilişini Bakı Media Mərkəzi təşkil edəcək

Bakı Media Mərkəzi bu ilin iyun ayında velosiped idmanının BMX növü üzrə Azərbaycanda təşkil olunacaq dünya çempionatının canlı yayım çəkilişini həyata keçiricək. Bu da bütün dünyadakı idman həvəskarlarına “Baku BMX 2018” yarışını aparıcı idman kanalları vasitəsilə birbaşa izləmək imkanı verəcək.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) təşkilatçılığı ilə keçiriləcək çempionat iyun ayının 5-9 tarixlərində Bakı BMX Veloparkında baş tutacaq. Çempionatda planetin 50-dən artıq ölkəsindən təxminən 2 min velosipedçinin iştirakı gözlənilir.

Bakı Media Mərkəzi bu mötəbər beynəlxalq yarışın video və foto çəkilişlərini həyata keçirməklə yanaşı, DÇ-yə hazırlıq mərhələsində tanıtım çarxının çəkilişini və dünyanın aparıcı idman  kanallarında yerləşdirilməsini də təmin edəcək.

Əsas çəkilişlər 16 kameralı Səyyar Televiziya Kompleksi vasitəsilə aparılacaq. Bundan başqa, yarış zamanı daha keyfiyyətli çəkilişlər aparmaq məqsədilə Mərkəzin yeni texniki qurğularından istifadə olunacaq.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Şirkət bir sıra yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin yayımının təşkil olunmasında geniş təcrübəyə malikdir.

Buna qədər Mərkəz “Tour d’Azerbaidjan” velosiped turunun Bakıdan və bölgələrdən canlı yayımlarını təşkil edərək dünyanın idman həvəskarlarına bu mötəbər yarışı “Eurosport” kanalında  birbaşa izləmək imkanı verib.

Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, Facebook, Youtube, LinkedIn, İnstagramTwitter sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu