08 may, 2018 15:13
İyunun 5-9-da Bakıda keçiriləcək BMX üzrə dünya çempionatının rəsmi maskotu Qafqaz bəbiri olacaq. Çempionatın simvolu olaraq bəbirin seçilməsi özlüyündə bu elementləri ehtiva edir:
Tullanmaq üçün balans
Ekstrimal idman növü olan BMX yarışlarında idmançılar daha çox tullanma elementlərindən istifadə edirlər və bu zaman yıxılmamaq üçün balansın qorunması olduqca önəmlidir. Qafqaz bəbiri də qaçdıqda və ov etdikdə bir neçə metr uzunluğa tullana bilir və bu baxımdan balansın qorunması ön plana çıxır.
Fərdilik
BMX yarışları komanda yox, fərdi idman növüdür. Qafqaz bəbiri də fərdi yaşamağa üstünlük verir.
Güc və sürət simvolu
Rəqiblərini üstələmək üçün əksər idman növlərində olduğu kimi, BMX növündə də finişə birinci çatmaq üçün güclü ayaqlara və sürətə ehtiyac duyulur. Qafqaz bəbirinin isə güc və sürət etalonu olduğu heç kimə sirr deyil.
Xatırlatmaq istərdik ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə regionumuzda nəsli kəsilməkdə olan beş heyvan növü müəyyənləşdirilib və Qafqazın “Böyük Beşliyi” konsepsiyası tərtib edilib. Bu növlərdən biri də məhz Qafqaz bəbiridir. Həmin dövrdən etibarən, IDEA İctimai Birliyi təhlükə altında olan fauna növlərimizin mühafizəsi və artırılması istiqamətində əməli tədbirlərə başlayıb. Son 10 ilin tədqiqatları bəbirlərin Hirkan meşələrində, Zəngəzur silsiləsində, Darıdağ, Nehrəmdağ və Dərəşamda, Mingəçevir su anbarının şimalında Axar-Baxar silsiləsində yaşadığını müəyyən edib. Ümumilikdə Respublika ərazisində işğal olunmuş ərazilər də daxil olmaqla 20-yə qədər fərdin yaşadığı ehtimal edilir.
Bəbirlərin sayının azalmasının əsas səbəbi isə insanlar tərəfindən birbaşa təqib olunması və əsas qida obyektlərinin sayının kəskin azalmasıdır. Qafqaz bəbirlərinə diqqəti artırmaq və onların mühafizəsi istiqamətində səyləri səfərbər etmək məqsədilə, IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü ilin may ayında Bakı şəhərində tarixdə ilk dəfə olaraq, Qafqaz Pişikkimiləri üzrə beynəlxalq Sammit də təşkil edilib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu