BMX üzrə dünya çempionatının Təşkilat Komitəsinin İşçi Qrupunun iclası keçirilib

13 yanvar, 2018 14:47

BMX üzrə dünya çempionatının Təşkilat Komitəsinin İşçi Qrupunun iclası keçirilib
BMX üzrə dünya çempionatının Təşkilat Komitəsinin İşçi Qrupunun iclası keçirilib
BMX üzrə dünya çempionatının Təşkilat Komitəsinin İşçi Qrupunun iclası keçirilib
BMX üzrə dünya çempionatının Təşkilat Komitəsinin İşçi Qrupunun iclası keçirilib
BMX üzrə dünya çempionatının Təşkilat Komitəsinin İşçi Qrupunun iclası keçirilib
BMX üzrə dünya çempionatının Təşkilat Komitəsinin İşçi Qrupunun iclası keçirilib

2018-ci il iyun ayının 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar prezident İlham Əliyevin 15 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən yaradılmış Təşkilat Komitəsinin İşçi Qrupunun iclası keçirilib. Tədbirdə aidiyyəti nazirliklərin, digər dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov ölkə başçısının Sərəncamı barədə məlumat verərək vurğulayıb ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il, 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir. O, dünya çempionatının Azərbaycanın idman həyatında növbəti mühüm bir hadisə olacağını qeyd edib. Sahib Ələkbərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin olimpiya idman növü olan BMX üzrə dünya çempionatının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək üçün geniş tərkibli Təşkilat Komitəsi yaratması ölkə başçısının bütövlükdə idmanın, o cümlədən velosiped idmanının inkişafına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir.
Daha sonra o geniş təqdimatla çıxış edərək, dünya çempionatına hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verib  və bu işləri əks etdirən  videoçarxı iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, dünya çempionatında iştirakla bağlı müraciət edən ölkələrin sayı gündən-günə artmaqdadır. Mötəbər yarışın keçiriləcəyi BMX Stadionunda aparılmış yenidənqurma işlərindən sonra ötən ilin oktyabr ayında təşkil olunan Dünya Sınaq Yarışı Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və arenanın dünya çempionatının qəbul etməyə hazır olduğu rəsmi məktubla təsdiqlənib.
Daha sonra dünya çempionatının keçirilməsi ilə bağlı tədbirlər planı bənd-bənd müzakirə olunub və ortaya çıxan suallar cavanlandırılıb. Məlumat verilib ki, artıq iştirakçı ölkə nümayəndələri tərəfindən Bakı şəhərində yerləşən otellərin çoxuna sifarişlər daxil olub. Yarışa gələcək iştirakçıların və qonaqların təhlükəsizliklərinin təmin olunması üçün lazımi tədbirlər görülür. Bundan başqa, xarici qonaqları Azərbaycanın tarixi, mədəniyyəti və mətbəxi ilə tanış etmək üçün konkret tədbirlər də hazırlanıb.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu