16 dekabr, 2021 17:51
Böyük Britaniyanın UCL Universitetinin pofessoru, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) magistrantlar və doktorantlarının elmi rəhbəri Maykl Pol Luzmor bu gün Azərbaycan Velosiped İdmanı Federasiyasının qonağı olub. İdman tibb sahəsi üzrə dünyanın tanınmış mütəxəssislərindən sayılan britaniyalı qonaq Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev və məşqçilərlə görüşərək fikir mübadiləsi aparıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, AzVİF-in vitse-prezidenti Fuad Hacıyev idmanda tibbi məsələlərin olduqca böyük önəm daşıdığını deyərək nəticələrin yüksəlməsi üçün bu sahəyə xüsusi diqqət yetirməyin vacibliyindən danışıb. Maykl Pol Luzmor idmançıların yüksək nəticələr qazana bilməsi üçün tibbi personalla məşqçilərin qarşılıqlı fəaliyyət göstərməsinin əhəmiyyətini vurğrulayaraq bu istiqamətdə təcrübəsini bölüşüb.
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev səmimi görüşə görə Maykl Pol Luzmora məşqçi və idmançı heyəti adından təşəkkürünü bildirərək bu cür görüşlərin və təcrübə mübadiləsinin yüksək nəticələrin qazanılmasına böyük töhfə verəcəyini deyib. Görüş zamanı britaniyalı qonaq idmançı və məşqçi heyətini maraqlandıran sualları cavablandırıb.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu