Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı keçiriləcək

04 oktyabr, 2022 15:23

Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı keçiriləcək

Oktyabrın 6-dan 9-dək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı keçiriləcək. Şose velosipedinin dairəvi, qrup ötüməsi və fərdi ötüşmə növləri üzrə baş tutacaq 4 mərhələli yarışda bütün yaş kateqoriyaları üzrə idmançılar iştirak edəcəklər.


İlk mərhələdə (oktyabrın 6-da) keçiriləcək dairəvi yarış və ikinci mərhələdə (oktyabrın 7-də) baş tutacaq qrup ötüşməsi Heydər Əliyev Parkının önündən start götürəcək. Dairəvi yarışda qadın velosipedçilər 42 km (7 dairə), kişi idmançılar 60 km (10 dairə), qrup ötüşməsində isə qadınlar 42 km, kişilər 62 km məsafə qət edəcəklər.


Üçüncü mərhələdə (oktyabrın 8-də) təşkil ediləcək dairəvi yarışa isə şəhər meydanından start veriləcək. Bu mərhələdə qadın idmançılar 40 km (5 dairə), kişi velosipedçilər isə 64 km (8 dairə) məsafədə mübarizə aparacaqlar.


Dördüncü mərhələdə (oktyabrın 9-da) Bakı - Ələt - Qazax - Gürcüstan yolundan R-19 istiqamətinə start götürməklə həm qadın, həm də kişi velosipedçilər 10 km məsafədə fərdi ötüşmə növündə güclərini sınayacaqlar. 


Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən keçiriləcək yarışın bütün mərhələləri saat 10:00-da başlayacaq.


Çempionatda ilk üç yeri tutan velosipedçilər Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyası tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.


Bütün idman həvəskarlarını velosipedçilərimizə dəstək olmağa dəvət edirik.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu