14 may, 2022 18:21
Daun sindromlu uşaqlara dəstək məqsədilə veloyürüş keçirilib
Mayın 14-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə daun sindromlu uşaqlara dəstək məqsədilə veloyürüş keçirilib. Azneft Meydanından start verilən veloyürüşdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, ölkəmizdə qonaq olan, daun sindromlu uşaqlara dəstək məqsədilə "Bike Up&Down" layihəsini yaradaraq, dünyanın bir çox ölkələrinə velosipedlə səfər edən fransalı cütlük Devi və Emilie Sançis, paravelosipedçilər və həvəskar idmançılar iştirak ediblər. Veloyürüş iştirakçıları Dənizkənarı Bulvarla hərəkət edərək Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vurublar.
Tədbir başa çatdıqdan sonra yürüş iştirakçıları xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, "Bike Up&Down" layihəsinin təşkilatçıları olan fransalı cütlük Devi və Emilie Sançis 2022-ci il aprelin 29-da Gürcüstandan Azərbaycana keçib və mayın 7-də Bakıya çatıblar.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə qonaqlar burada bir çox görüşlər keçirib, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan şəraitlə tanış olublar. Onlar, həmçinin “Ocaq” Gimnastika İdman Klubunda olub, Respublika Olimpiya Mərkəzində Xüsusi Olimpiya Komitəsinin təşkil etdiyi atletika üzrə yarışda iştirak ediblər.
Mayın 15-də cütlük Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq “Bakı Marafonu-2022”də iştirak etdikdən sonra Qazaxıstana yola düşəcək.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu