DÇ-yə dəstək yarışları davam edir

19 aprel, 2018 05:25

DÇ-yə dəstək yarışları davam edir
DÇ-yə dəstək yarışları davam edir
DÇ-yə dəstək yarışları davam edir
DÇ-yə dəstək yarışları davam edir
DÇ-yə dəstək yarışları davam edir
DÇ-yə dəstək yarışları davam edir
DÇ-yə dəstək yarışları davam edir
DÇ-yə dəstək yarışları davam edir
DÇ-yə dəstək yarışları davam edir
DÇ-yə dəstək yarışları davam edir
DÇ-yə dəstək yarışları davam edir
DÇ-yə dəstək yarışları davam edir
DÇ-yə dəstək yarışları davam edir

Velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin rayondaxili mərhələsinə start verilib. Bakı şəhəri Nərimanov rayonu 82 nömrəli tam orta məktəbin idman meydançasında keçirilən yarışda 21 məktəbdən 130şagird iştirak edib. Yarışın nəticəsinə əsasən I yerə 212, II yerə 45 və III yerə 178 nömrəli tam orta məktəblərin komandası layiq görülüb. Qaliblər kubok və diplomlarlarla təltif edilib.

Kütləvi idman tədbirlərinin keçirilməsində əsas məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.

Yarışlar Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla Azərbaycan Velosiped İdmanı Federasiyasının, Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilir. İyunun 2-dək davam edəcək kütləvi idman tədbirlərinə 4 mindən çox məktəblinin qatılacağı gözlənilir.

Yarışlar Təhsil Nazirliyinin müvafiq əmri ilə 2018-ci ilin 5-9 iyun tarixlərində Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatına dəstək məqsədilə təşkil olunub.
 

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu