Dünən sınan velosiped, bu gün 3-cü yer

04 mart, 2019 16:59

Dünən sınan velosiped, bu gün 3-cü yer
Dünən sınan velosiped, bu gün 3-cü yer
Dünən sınan velosiped, bu gün 3-cü yer
Dünən sınan velosiped, bu gün 3-cü yer
Dünən sınan velosiped, bu gün 3-cü yer

İran İslam Respublikasının Kerman şəhərində gənc oğlanlar arasında keçirilən 4 günlük “Kerman Turu”nun 3-cü mərhələsi yığma komandamız üçün uğurlu alınıb – belə ki, 60 km-lik mərhələni velosipedçimiz Nəcəf Bağırov 3-cü pillədə başa vurub.

Xatırladaq ki, “Kerman Turu”nun 1-ci mərhələsində 44 km məsafəyə komanda ötüşməsində komandamız 2-ci nəticə göstərmişdi. 98 km-dən ibarət 2-ci mərhələ isə kifayət qədər drammatik alınıb – Şahin Eyvazovun 4-cü olduğu bu marşrutda komandamızın digər üzvü Əmral Əbdüləzizilinin velosipedi qəza nəticəsində istifadəyə yararsız vəziyyətə düşüb. Amma idmançımız qəza ilə əlaqədar kifayət qədər geri qalmasına rəğmən mübarizəni başqa velosipedlə davam etdirərək yekunda finiş xəttini 11-ci keçib.

Sabah yarışın sonuncu, 4-cü mərhələsində iştirakçılar 114 km məsafə qət edəcəklər. Ümumilikdə “Kerman Turu”nda İran, İraq, Oman, İordaniya, Pakistan, Azərbaycan və Əfqanıstandan olan 13 komanda çıxış edir. Milli komandamızın heyəti Nəcəf Bağırov, Şahin Eyvazov, Əmral Əbdüləzizli, Əhməd Əhmədov və Elçin Rzazadədən ibarətdir.
 

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu