Dünya çempionatına dəstək yarışı başa çatdı

02 iyun, 2018 17:17

Dünya çempionatına dəstək yarışı başa çatdı
Dünya çempionatına dəstək yarışı başa çatdı

İyunun 5-9-da Bakıda keçiriləcək BMX üzrə dünya çempionatına dəstək məqsədilə məktəblilər arasında təşkil olunan ümumrespublika velosiped yarışları başa çatıb. Yarış Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilib.

Rayondaxili mərhələlərdən sonra finala vəsiqə qazanan 18 komandanın 13-ü paytaxt Bakını, 5-i isə Sumqayıt, Gəncə, İsmayıllı, Mingəçevir və Zaqatalanı təmsil edib. Veloparkda təşkil olunan həlledici mərhələdə iştirakçılar estafet sistemi üzrə komanda şəklində yarışıblar.

Maraqlı mübarizə Xəzər rayonu 26 saylı orta məktəbin komandasının qələbəsilə başa çatıb. 2-ci yerə Qaradağ rayonu 319 saylı, 3-cü yerə isə Xətai rayonu 29 saylı orta məktəbin komandası layiq görülüb. Qaliblər kubok, diplom və “İsma” velosipedləri ilə təltif edilib. Mükafatları Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov təqdim edib.

Qeyd edək ki, velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirində ümumilikdə 570 komandanın tərkibində 4000-ə yaxın məktəbli iştirak edib. Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana olan marağını artırmaq və məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.
 

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu