24 fevral, 2018 16:00
İyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə keçiriləcək dünya çempionatının başlanmasına 100 gün qalır. Artıq yarışa hazırlıqla bağlı görülən işlər həlledici mərhələyə qədəm qoyub.
Məlumat üçün bildirək ki, BMX velosiped idmanının ən gənc növü hesab edilir. 70-ci illərdə Amerika Birləşmiş Ştatlarında yaranan bu növ getdikcə populyarlıq qazanmağa başlayıb və 1981-ci ildə Beynəlxalq BMX Federasiyası təsis edilib, 1982-ci ildə isə bu növ üzrə ilk dünya çempionatı təşkil edilib. 1993-cü ildə Beynəlxalq BMX Federasiyası Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) tərkibinə daxil olub. 2003-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin növbəti konqresində BMX idman növünün Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi barədə qərar qəbul edilib. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarından etibarən BMX 4 illiyin zirvə yarışının tamhüquqlu üzvünə çevrilib və ən çox tamaşaçı toplayan idman növlərindən biri hesab edilir.
Azərbaycanda BMX idman növü ilə ilk əyani tanışlıq Bakı-2015 ilk Avropa Oyunlarına təsadüf edir. Ölkəmizin digər növlər kimi, velosiped yarışlarını da ən yüksək səviyyədə təşkil etdiyini görən Beynəlxalq Velosipedçilər İttifaqı 2018-ci il dünya çempionatını Azərbaycan Velosiped İdmanı Federasiyasına etibar edib və dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə hazırlıq işlərinə başlanılıb.
2015-ci ilin əvvəlində Bakıda ən müasir tələblərə cavab verən BMX stadionu inşa edilsə də, 2016-cı ildə UCI müvafiq qaydaları və stadionların ölçülərini dəyişdiyindən Bakı stadionu yenidən qurulub, trekin uzunluğu, eni, maneələrin sayı və döngələrin hündürlüyü artırılıb. Bu gün UCI-ın yeni standartlarına tam cavab verən yeganə stadion məhz Bakı trekidir.
Mötəbər yarışın keçiriləcəyi BMX Trekində aparılmış yenidənqurma işlərindən sonra ötən ilin oktyabr ayında təşkil olunan Dünya Sınaq Yarışı Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və arenanın dünya çempionatının qəbul etməyə hazır olduğu rəsmi məktubla təsdiqlənib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən, 2018-ci il iyun ayının 5-9-da təşkil olunacaq dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Bu günə qədər artıq 30-dan artıq ölkə dünya çempionatında iştirakla bağlı müraciət edib və onların sayı getdikcə artmaqdadır.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu