03 may, 2019 10:00
Müxtəlif yaş qruplarına aid bir qrup əfqan velosipedçi Lapis-Lazuli Dəhlizinin təşviqi məqsədilə yürüşə başlayıb. Velosipedçilər dəhlizin keçdiyi ölkələrə -Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəyə səfər edərək əfqan xalqının sülh mesajını çatdırmaq niyyətindədirlər.
Veloyürüş Əfqanıstan Velosiped Federasiyasının təşəbbüsü ilə keçirilir və ölkə prezidenti Məhəmməd Əşrəf Qaninin dəstəyi ilə reallaşdırılır. Yürüş iştirakçıları Türkmənistan səfərini başa vurduqdan sonra gəmi vasitəsilə Bakıya gəliblər. Səfər çərçivəsində velosipedçilər Azərbaycan Velosiped İdmanı Federasiyasının da qonağı olublar. Qrup rəhbəri Sadiq Caminin sözlərinə görə, əsas məqsəd əfqan xalqının sülh istəyini bütün dünyaya bəyan etməkdir: “Səfərimiz çərçivəsində bizə dost və qardaş olan Azərbaycanda olmaqdan çox məmnunuq. Yürüşə Herat şəhərindən başlamışıq və Azərbaycandan keçməklə Gürcüstana, oradan isə Türkiyəyə gedəcəyik. Lapis-Lazuli marşrutu üzrə hərəkət etməklə bütün dövlətlərə əfqan xalqının sülh və dostluq müraciətini çatdırmaq istəririk”.
Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev Əfqanıstandan gəlmiş qonaqları Respublika Velotreki, həmçinin ölkəmizdə və dünyada velosiped idmanının tarixini özündə əks etdirən muzeylə tanış edib və onlara səfərlərinin növbəti hissəsində uğurlar arzulayıb.
Qeyd edək ki, Lapis-Lazuli marşrutuna dair beştərəfli Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanıb.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu