02 iyul, 2019 17:34
2019-cu il üçün təsdiqlənmiş vahid idman təqvim planına əsasən, şose velosipedinin fərdi və qrup ötüşməsi üzrə Elit və U23 kateqoriyalı idmançılar arasında Azərbaycan çempionatı keçirilib. Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda klub və cəmiyyətlərin 40-a yaxın idmançısı mübarizə aparıb.
Qala qəsəbəsində keçirilən 24 km məsafəyə fərdi ötüşmə yarışında yığma komandamızın lideri Elçin Əsədov bütün rəqiblərini qabaqlayıb – Ukraynanın “Lvov” kontinental klubunun üzvü 28 dəqiqə, 16 saniyə göstərici ilə 1-ci yeri tutub. Qeyd edək ki, bu Elçin Əsədovun fərdi ötüşmə yarışında ardıcıl 6-cı Azərbaycan çempionluğudur. Belarusun “Minsk” kontinental komandasında çıxış edən Samir Cəbrayılov və Dünya Velosiped Mərkəzində təlim keçən Musa Mikayılzadə isə müvafiq olaraq 29 dəqiqə, 58 saniyə və 31 dəqiqə göstərici ilə sonrakı 2 yerdə qərarlaşıblar.
Xızı rayonunda təşkil edilən qrup ötüşməsində də ilk üçlük dəyişməyib. 162 km məsafəni 4 saat, 30 dəqiqə, 15 saniyəyə qət edən Elçin Əsədov ən yaxın izləyicisi Samir Cəbrayılovu 16 saniyə qabaqlayıb. Musa Mikayılzadə finiş xəttini 3-cü keçib.
Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndərilib və tutulan yerlərə uyğun olaraq qazanılan xallar həm idmançıların, həm də ölkəmizin reytinq cədvəlində öz əksini tapacaq.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu