01 oktyabr, 2020 14:48
“Torpaqlarımız tez bir zamanda düşmən işğalından azad ediləcək”.
Bunu Fizuli rayonundan olan məcburi köçkün, şose velosipedi üzrə Azərbaycanın Elit yığma komandasının üzvü, ölkəmizi “Tokio-2020” Yay Olimpiya Oyunlarında təmsil edəcək Elçin Əsədov cəbhə xəttində baş verənlərlə bağlı AZƏRTAC-a açıqlamasında deyib.
Velosipedçimiz bildirib ki, 1993-cü ilin avqust ayında Ermənistan Silahlı Qüvvələrinin Fizulini işğal etməsindən sonra məcburi köçkün kimi Bakıda məskunlaşıb: “Bu illər ərzində hər zaman doğma el-obamıza qayıdacağımız günü səbirsizliklə gözləmişik. Artıq həmin an yetişib, rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində torpaqlarımız düşmən işğalından azad olunmağa başlayıb. Bir neçə gün əvvəl Fizuli rayonunun bir neçə kəndinin düşmən işğalından azad edilməsi xəbərini eşitdikdə sevincimdən göz yaşlarımı saxlaya bilmədim. Ali Baş Komandan İlham Əliyevə, şanlı ordumuza inanıram. Əminəm ki, başladığımız bu iş ən qısa zamanda başa çatacaq, içi mən və ailəm qarışıq bütün məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaq. Vətən üçün son damla qanımıza qədər vuruşmağa hazırıq, yetər ki Vətən sağ olsun”.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu