Elçin Əsədov və Musa Mikayılzadə “Tour of Sakarya” yarışında mübarizə aparıblar

29 avqust, 2022 18:57

Elçin Əsədov və Musa Mikayılzadə “Tour of Sakarya” yarışında mübarizə aparıblar

Azərbaycanın velosiped idmanı üzrə Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov və millimizin üzvü Musa Mikayılzadə avqustun 25-28-də Türkiyədə keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı 4 mərhələli “Tour of Sakarya” yarışında iştirak ediblər. E.Əsədov “Sakarya BB Pro Team”, M.Mikayılzadə isə “Konya Büyükşehir” klubunun tərkibində mübarizə aparıblar.


Şose velosipedinin qrup ötüşməsi növü üzrə baş tutan yarışın ilk mərhələsində 74 idmançı 104.9 km, ikinci mərhələsində 68 idmançı 152.3 km, üçüncü mərhələsində 58 idmançı 152 km və dördüncü mərhələsində isə 57 idmançı 154,9 km məsafə qət ediblər.


E.Əsədov birinci mərhələdə 25-ci (2:30.51), ikinci mərhələdə 26-cı (4:09.19), üçüncü mərhələdə 22-ci (3:25:01), dördüncü mərhələdə 29-cu (3:45.24), ümumi təsnifatda isə 32-ci (13:50.35) yerdə qərarlaşıb.


M.Mikayılzadə isə birinci mərhələdə 18-ci (2:30.51), ikinci mərhələdə 31-ci (4:09.19), üçüncü mərhələdə 16-cı (3:25:01), dördüncü mərhələdə 30-cu (3:45.24), ümumi təsnifatda isə 31-ci (13:50.35) sırada yer alıb.


E.Əsədov və heyətin digər üzvləri komanda yoldaşlarından lider velosipedçinin qalib olması üçün çalışıblar və uğurlu nəticə əldə ediblər. Belə ki, Mixail Kononenko ikinci mərhələdə 2-ci, dördüncü mərhələdə və ümumi təsnifatda 1-ci, Vitaliy Buts isə üçüncü və dördüncü mərhələdə 2-ci olub.


Komanda hesabında isə “Sakarya BB Pro Team” klubu dördüncü mərhələdə və ümumi təsnifatda 3-cü yerə çıxıb.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu