26 iyul, 2019 13:29
XV Avropa Gənclər Olimpiya Festivalının proqramına daxil olan şose velosipedi üzrə yarışlar başa çatıb. Qitənin 36 ölkəsindən 91 oğlan və 75 qız velosipedçinin mübarizə apardığı bu növdə 4 dəst medal öz sahibini tapıb.
Həm fərdi, həm də qrup ötüşməsi üzrə yarışların start və finiş nötqəsi Veloparkda olub. Qızların 10 km məsafəyə fərdi ötüşmə yarışında qızıl medalı Zoe Bakstedt (Böyük Britaniya), gümüş mükafatı Alyona İvançenko (Rusiya Federasiyası), bürünc medalı isə Laura Sander Lizette (Estoniya) qazanıb.
Qızlar arasında 50 km məsafəyə qrup ötüşməsi də Zoe Bakstedtin qələbəsilə başa çatıb və Böyük Britaniya təmsilçisi Bakını 2 qızıl medalla tərk edib. İtaliyalı Françeska Barale gümüş, fərdi ötüşmədə 2-ci olan rusiyalı Alyona İvançenko isə bürünc əldə edib.
Oğlanların mübarizəsində də “qızıl dubl” qeydə alınıb. Estoniyalı Madis Mixkels həm fərdi (10 km), həm də qrup ötüşməsində (70) hamıdan güclü olmaqla 2 qızıl əldə edib. İtaliyalı İqor Dario Belletta da 2 dəfə fəxri kürsüyə qalxıb – o hər iki halda gümüşlə kifayətlənib. Bürünc medallara fərdi ötüşmədə rusiyalı Konstantin Aladaşvili, qrup ötüşməsində slovakiyalı Martin Svırçek yiyələnib.
Qeyd edək ki, Azərbaycan EYOF-2019-un velosiped yarışlarında oğlanlar arasında Nikita Sıtov, Mustafa Muxtarlı və Nofəl Nuriyev, qızlar arasında isə Lalə Əbdürəhmanova, Gülşən İsmayılova və Məleykə İsgəndərova ilə təmsil olunub.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu