13 aprel, 2019 11:35
Türkiyənin Giresun şəhərindən xoş xəbər var - burada keçirilən Türkiyə çempionatının 2-ci mərhələsində yeniyetmə qızların 45 km məsafəyə qrup ötüşməsi yığma komandamızın üzvü Lalə Əbdürəhmanovanın solo-finişi və parlaq qələbəsilə başa çatıb.
Qeyd edək ki, iyulda Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalına (EYOF) hazırlaşan yeniyetmə qızlarımız Türkiyə çempionatında Lalə Əbdürəhmanova, Viktoriya Sidorenko, Gülşən İsmayılova və Məleykə İsgəndərovadan ibarət heyətlə çıxış edir. Bu gün iştirakçılar kriterium ötüşməsində mübarizə aparacaqlar.
Məlumat üçün bildirək ki, Türkiyədə çempionatında həmçinin yeniyetmə və gənc oğlanlardan ibarət yığma komandalarımız da çıxış edir.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu