EYOF və İslam Həmrəyliyi Oyunlarının vaxtı dəyişdirildi

19 may, 2020 18:10

EYOF və İslam Həmrəyliyi Oyunlarının vaxtı dəyişdirildi

Dünyanı cənginə alan koronavirus pandemiyası bütün sahələrə olduğu kimi, böyük idman yarışlarına da təsirsiz ötüşmür. Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul – 8 avqust tarixlərinə keçirilməsi gələn il təşkili nəzərdə tutulan 2 mötəbər yarışın da vaxtının dəyişdirilməsinə səbəb olub.

Bu yarışlardan biri gələn ilin 24 iyul - 1 avqust tarixlərində Slovakiyanın Banska-Bıstritsa şəhərində keçirilməli olan Avropa Gənclərinin Yay Olimpiya Festivalıdır. Tokio Olimpiadasının vaxtının gələn ilə dəyişdirilməsindən sonra təşkilatçılar fərqli yaş kateqoriyaları olsa da, EYOF2021-in 2022-ci ilin 24-30 iyul tarixlərində təşkil edilməsinə qərar veriblər.

2021-ci ilin 20-29 avqust tarixlərində Türkiyənin Konya şəhərinin qəbul etməli olduğu 5-ci İslam Həmrəyliyi Oyunları ilə Tokio Olimpiadası arasındakı qısa zaman kəsiyi səbəbindən İslam Oyunlarının Təşkilat Komitəsi bu yarışın 2021-ci ilin 10-19 sentyabr tarixlərində keçirilməsini qərara alıb.

Qeyd edək ki, 2 ildən bir təşkil edilən EYOF və 4 idən bir keçirilən İslam Həmrəyliyi Oyunları üzrə son yarışlara Azərbaycan ev sahibliyi edib.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu