"Əziz Şuşa” beynəlxalq velosiped yarışı ilə bağlı mətbuat konfransı keçirilib

06 iyun, 2023 14:02

"Əziz Şuşa” beynəlxalq velosiped yarışı ilə bağlı mətbuat konfransı keçirilib
"Əziz Şuşa” beynəlxalq velosiped yarışı ilə bağlı mətbuat konfransı keçirilib
"Əziz Şuşa” beynəlxalq velosiped yarışı ilə bağlı mətbuat konfransı keçirilib
"Əziz Şuşa” beynəlxalq velosiped yarışı ilə bağlı mətbuat konfransı keçirilib
"Əziz Şuşa” beynəlxalq velosiped yarışı ilə bağlı mətbuat konfransı keçirilib
"Əziz Şuşa” beynəlxalq velosiped yarışı ilə bağlı mətbuat konfransı keçirilib
"Əziz Şuşa” beynəlxalq velosiped yarışı ilə bağlı mətbuat konfransı keçirilib
"Əziz Şuşa” beynəlxalq velosiped yarışı ilə bağlı mətbuat konfransı keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə baş tutacaq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışı ilə bağlı mətbuat konfransı keçirilib.


İyunun 6-da Bakı şəhərinin Səbail rayonunda yerləşən “Ramada By Wyndham Baku” otelində təşkil edilən konfransda AVF-nin baş katibi Elnarə Musayeva, yarışın direktoru, isveçrəli beynəlxalq mütəxəssis Roland Hofer, GİN-nin baş məsləhətçisi Ülviyyə Hacıyeva, marşrut üzrə direktor Elçin Qəhrəmanov və təhlükəsizlik üzrə menecer, AVF-nin İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov iştirak ediblər.


E.Musayeva media nümayəndələrinə velotur haqqında ətraflı məlumat verib. 


O qeyd edib ki, UCI-ın 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı, 5 mərhələli yarışda Azərbaycan, Bolqarıstan, Rumıniya və Türkmənistan milli komandaları, həmçinin Türkiyə, Niderland, Qazaxıstan, Almaniya, Monqolustan, Misir, Filippin, Belçika, Çin və İtaliya klubları iştirak edəcəklər. Bu ölkələrdən Qazaxıstan və Almaniya iki klubla təmsil olunacaqlar. Ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaqlar.


Baş katib bildirib ki, velotur Bakıdan start götürməklə mərhələlər üzrə ölkəmizin bir çox regionlarını əhatə edəcək. Velosipedçilər yarışın sonuncu finişini Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada keçəcəklər.


E.Musayeva belə mötəbər yarışı işğaldan azad olunmuş ərazilərimizdə - Şuşada keçirməyin çox qürurverici olduğunu vurğulayıb.


R.Hofer isə Təşkilat Komitəsi tərəfindən yüksək səviyyədə hazırlıq işləri aparıldığını qeyd edib. 


O, bütün marşrutların beynəlxalq standartlara uyğun hazırlandığını, veloturun keçiriləcəyi yolların velosipedçilər üçün çox maraqlı olacağını bildirib. Mütəxəssis mərhələlər üzrə marşrutlar haqqında ətraflı məlumatlar verib. 


Konfransda qeyd olunub ki, bütün təhlükəsizlik tədbirləri peşəkarlıqla yerinə yetirilib. Veloturun marşrutu və digər hazırlıq işləri beynəlxalq mütəxəssislər tərəfindən  dəfələrlə yoxlanılıb. 


Məlumat verilib ki, yarışa iyunun 7-də Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. İlk mərhələdə velosipedçilər 150 km məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər. İdmançılar iyunun 8-də Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km, iyunun 9-da Qəbələdən Gəncə şəhərinin mərkəzinə qədər 170 km, iyunun 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km, iyunun 11-də isə Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafədə yarışacaqlar.


Sonda konfrans iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıblar.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu