“Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vurulub

10 iyul, 2022 20:00

İyulun 10-da “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi keçirilib. 8 ölkəni təmsil edən 13 komandadan ümumilikdə 75 idmançının qatıldığı yarışın bu mərhələsi Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edib. İdmançılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə inşa edilən “Zəfər Yolu” ilə 71 km məsafədə şose velosipedinin qrup ötüşməsi növündə güclərini sınayıblar. Yarış gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib.
İkinci mərhələnin nəticələrinə görə, Türkiyənin “Sakarya BB Pro Team” klubunun tərkibində yarışan, Azərbaycan milli komandasının üzvü Elçin Əsədov (2:27:46) hamıdan sürətli olaraq qızıl, Özbəkistanın “Tashkent City” klubunun üzvü Akramjon Sunnatov (2:27:47) gümüş, Monqolustan milli komandasının üzvü İderbold Bold (2:27:48) isə bürünc medal qazanıb.
Yarışın lideri olduğuna görə Elçin Əsədova sarı köynək təqdim edilib.
İki günün yekunlarına əsasən komanda proqramında 1-ci yerə Türkiyənin "Sakarya BB Pro Team" klubu, 2-ci yerə Özbəkistanın "Tashkent City" klubu, 3-cü yerə Monqolustan milli komandası çıxıb.
Şuşa qalasının önündə keçirilən mükafatlandırma mərasimində birinci yerə çıxan idmançı və komandaya kubok, medal, qiymətli hədiyyələr, digər qaliblərə isə medal və qiymətli hədiyyələr təqdim olunub.
Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının adından yarışın qalibi Elçin Əsədova 3 otaqlı mənzil hədiyyə edib.
İdmançılara mükafatları Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, AVF-nin vitse-prezidenti Robert Eyyubov təqdim ediblər.
Bununla da “Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vurulub.
Xatırladaq ki, yarışın birinci mərhələsi Bakının Pirallahı rayonunda Nərəkənd parkının yaxınlığında fərdi ötüşmə növü üzrə keçirilib. Bu mərhələdə velosipedçilər 21 km məsafə qət ediblər. İlk yarış gününün qalibi də Elçin Əsədov olub.
Qeyd edək ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, "Şuşa ili"nə həsr olunmuş tədbirlər çərçivəsində keçirilib.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu