09 iyul, 2022 00:00
İyulun 9-da “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsi keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, "Şuşa ili"nə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən yarışın birinci mərhələsi Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutub.
Yarışın açılış mərasimində 8 ölkəni təmsil edən 13 komandadan ümumilikdə 75 idmançı tədbir iştirakçılarına təqdim olunub.
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev çıxış edərək, dövlət başçısı cənab İlham Əliyevin yarış iştirakçılarına salamlarını çatdırıb və uğurlar arzuladığını bildirib.
M.Quliyev Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana və idmançılara xüsusi diqqət və qayğı göstərdiyini, idmanın inkişafının dövlətimizin prioritet istiqamətlərindən olduğunu qeyd edib.
O bildirib ki, yarışın keçirilməsində əsas məqsədlərdən biri də gənclərin beynəlxalq yarışlarda iştirakını situmullaşdırmaq və dünya velosiped ailəsi ətrafında sıx birləşməkdən ibarətdir.
M.Quliyev Azərbaycanın dəvətini qəbul edərək yarışda iştirak edən hakimlərə və idmançılara təşəkkür edib, bütün yarış heyətinə uğurlar arzulayıb, daha güclünün qalib olmasını diləyib.
Yarış açıq elan edilib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İdmançılar birinci mərhələdə şose velosipedinin fərdi ötüşmə növündə 21 km məsafədə mübarizə aparıblar.
Bu növ üzrə ən yüksək nəticə göstərən velosipedçi Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunda çıxış edən Azərbaycanın elit milli komandasının üzvü Elçin Əsədov (26 dəqiqə 18 saniyə) olub. O, qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycanın elit milli komandasının digər üzvü Musa Mikayılzadə (26 dəqiqə 31 saniyə) gümüş, Rumıniyanın “CSA Steaua Cycling Team” komandasının üzvü Sergey Tsvetkov (26 dəqiqə 58 saniyə) isə bürünc medala layiq görülüb.
Birinci mərhələnin nəticələrinə görə, Elçin Əsədova yarışın lider idmançısı olduğuna görə sarı köynək təqdim edilib.
Qaliblərə medal və qiymətli hədiyyələr verilib. İdmançılara mükafatları Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev və Federasiyanın vitse-prezidenti Robert Eyyubov təqdim ediblər.
Nəzərinizə çatdıraq ki, yarışda Türkiyə, Böyük Britaniya, Rumıniya, Gürcüstan, Monqolustan, Tacikistan, Özbəkistan və Azərbaycan komandaları mübarizə aparırlar. Ölkəmizi isə elit, həmçinin gənclərdən ibarət milli komandalarımız, MSN və “Triterra” klubları təmsil edirlər.
Qeyd edək ki, iyulun 10-da keçiriləcək ikinci mərhələ Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar bu mərhələdə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu