“Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin geniş tərkibdə növbəti iclası keçirilib

31 may, 2023 14:51

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin geniş tərkibdə növbəti iclası keçirilib
“Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin geniş tərkibdə növbəti iclası keçirilib
“Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin geniş tərkibdə növbəti iclası keçirilib

2023-cü ilin iyun ayının 7-dən 11-dək təşkil ediləcək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin geniş tərkibdə növbəti iclası keçirilib.


Mayın 31-də Azərbaycan Velosiped Federasiyasında (AVF) baş tutan iclasda Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti, "Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin sədri Mədət Quliyev, Federasiyanın vitse-prezidenti Robert Eyyubov, baş katib Elnarə Musayeva, Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, həmçinin Təşkilat Komitəsinin digər üzvləri iştirak ediblər.


Tədbirdə "Əziz Şuşa” beynəlxalq velosiped yarışının təşkilati işləri müzakirə edilib. Toplantı iştirakçıları görülən işlər haqqında geniş məlumatlar veriblər. 


M.Quliyev aparılan hazırlıq işlərinin qənaətbəxş olduğunu bildirərək, təşkilati məsələlər haqqında müvafiq tapşırıq və tövsiyələr verib. O, "Əziz Şuşa” beynəlxalq velosiped yarışının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.


Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı, 5 mərhələli veloturda dünyanın 16 ölkəsindən 18 komandanın heyətində 100-dən çox idmançı mübarizə aparacaq.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu