10 aprel, 2023 18:09
Aprelin 10-da Azərbaycan Velosiped Federasiyasında (AVF) 2023-cü ilin iyun ayında təşkil olunacaq “Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin geniş tərkibdə iclası keçirilib.
İclasa AVF-nin birinci vitse-prezidenti Sahib Ələkbərov başçılıq edib. Tədbirdə, həmçinin federasiyanın vitse-prezidenti Fuad Hacıyev və Təşkilat Komitəsinin digər üzvləri iştirak ediblər.
Toplantı zamanı “Əziz Şuşa” beynəlxalq velosiped yarışının təşkilati işləri müzakirə olunub. S.Ələkbərov Təşkilat Komitəsinin üzvlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli velotur iyun ayının 7-dən 11-dək davam edəcək.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu