05 noyabr, 2018 16:15
2018-ci ilin təqvim planına əsasən, Respublika Velotrekində mövsümün trek növü üzrə sonuncu sınağı – Federasiya Kuboku yarışı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan yarışda klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 100-ə yaxın idmançısı 5 növdə qalibi müəyyən edib.
Elit, U-23 və gənc oğlanların eyni qrupda mübarizə apardığı keyrin yarışlarında yığma komandamızın lider idmançısı Sergey Omelçenko bütün rəqiblərindən güclü olub. “Neftçi” İdman Klubunun nümayəndəsi Mahmud Məmmədov bu yaş kateqoriyasında 1 km məsafəyə fərdi ötüşmədə 1-ci yeri tutub. Çıxmaq şərti ilə qrup ötüşməsində isə Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Nəcəf Bağırov digər rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Onun komanda yoldaşı Ayan Xankişiyeva gənc qızlar arasında 2 km məsafəyə fərdi ötüşmədə çempion olub.
15 və 17 yaşadək qızlar arasında 1 km məsafəyə fərdi ötüşmədə müvafiq olaraq 7 saylı Olimpiya Məktəbi və Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Gülşən İsmayılova və Elfanə Camalova hamını qabaqlayıb. 15 yaşadək oğlanlar arasında 7 saylı Olimpiya Məktəbindən Mustafa Muxtarlı 1 km, 17 yaşadək idmançılar arasında isə Respublika Olimpiya Velosiped Məktəbindən Nikita Sitov 2 km məsafəyə fərdi ötüşmə yarışında fərqlənib. Yeri gəlmişkən, Nikita Sitov həmçinin 8500 metr məsafəyə skretç yarışında da çempionluq sevinci yaşayıb. 17 yaşadək qızların 5000 metr məsafəyə skretç yarışı isə 7 saylı Olimpiya Məktəbinin nümayəndəsi Viktoriya Sidorenkonun qələbəsilə yekunlaşıb.
Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər. İdmançılara mükafatları Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov təqdim ediblər.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu