Federasiya Kubokunun birinci mərhələsi başa çatıb

12 mart, 2023 16:04

Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Gəncədə keçirilən şose velosipedi üzrə Federasiya Kubokunun birinci mərhələsi başa çatıb.

Martın 12-də idmançılar qrup ötüşməsində güclərini sınayıblar. 30 velosipedçinin qatıldığı mübarizəyə Heydər Əliyev Parkının önündən start verilib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən keçirilən yarışda Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar Gəncə şəhərində təyin olunmuş marşrut üzrə 5 dairəni tamamladıqdan sonra dağ yolları ilə ümumilikdə 72 km, yeniyetmə oğlanlar və qadınlar isə startdan sonra birbaşa dağ yolları ilə 42 km məsafə qət edərək Hacıkənd qəsəbəsində finiş xəttini keçiblər.

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Mikayıl Səfərli (ROEQİUGVM, 02:00:15) bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. Əli Qurbanov (Sakarya BB Pro Team, 02:00:44) ikinci, Nəcəf Bağırov (ROEQİUGVM, 02:01:01) isə üçüncü yerlə kifayətləniblər.

Yeniyetmə oğlanların mübarizəsində ən yaxşı nəticəyə Artyom Proskuryakov (Təhsil RİM, 01:23:56)  imza ataraq qızıl medal qazanıb. Ravi Rzayev (ROEQİUGVM, 01:26:40) gümüş, Rəşad Əliyev (Təhsil RİM, 01:31:52) bürünc medala sahib olublar.

Qadınların yarışında Viktoriya Sidorenko (ROEQİUGVM, 01:38:32) birinci yerə layiq görülüb. Onun ən yaxın izləyicisi Ayan Məmmədzadə (Təhsil RİM, 01:39:17) ikinci, Məryəm Əfqanzadə (ROEQİUGVM, 01:39:45) isə üçüncü yerdə qərarlaşıblar.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Xatırladaq ki, Federasiya Kubokunun birinci mərhələsinin ilk günündə velosipedçilər kriterium yarışında mübarizə aparıblar.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu