11 mart, 2023 16:58
Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə martın 11-də Gəncə şəhərində şose velosipedi üzrə Federasiya Kubokunun birinci mərhələsinə start verilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən keçirilən yarışın ilk günündə idmançılar kriterium növündə güclərini sınayıblar.
Ümumilikdə 30 velosipedçinin iştirak etdiyi mübarizəyə Heydər Əliyev Parkının önündən start verilib. İdmançılar təyin olunmuş marşrut üzrə dairəvi hərəkət ediblər.
Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar 60 km (10 dairə), yeniyetmə oğlanlar və qadınlar isə 42 km (7 dairə) məsafə qət ediblər.
Nəticələrə əsasən, Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Samir Cəbrayılov (MSN, 28 xal) hamıdan yaxşı göstəriciyə imza ataraq birinci, Musa Mikayılzadə (MSN, 27 xal) ikinci, Nəcəf Bağırov (ROEQİUGVM, 20 xal) isə üçüncü yerə layiq görülüblər.
Yeniyetmə oğlanların yarışında Ravi Rzayev (ROEQİUGVM, 35 xal) qızıl, Artyom Proskuryakov (Təhsil RİM, 23 xal) gümüş, Maksim Trendelyov (Təhsil RİM, 20 xal) bürünc medal qazanıblar.
Qadınların mübarizəsində isə Viktoriya Sidorenko (ROEQİUGVM, 40 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aybəniz Abbaszadə (ROEQİUGVM, 19 xal) ikinci, Lalə Əbdürəhmanova (ROEQİUGVM, 16 xal) üçüncü yerlə kifayətləniblər.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, martın 12-də velosipedçilər qrup ötüşməsində güclərini sınayacaqlar.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu